NİDA Hərəkatı həbsdə olan fəalların təzyiqlərə məruz qaldığını bildirir
Bakı/17.10.17/Turan: NİDA Vətəndaş Hərəkatı fəalların cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalması ilə bağlı bəyanatla çıxış edib. Sənəddə fəalların həyatına görə hakimiyyətin məsuliyyət daşıdığı bildirilir.
"NİDA Vətəndaş Hərəkatı olaraq NİDAçı siyasi məhbusların ölüm təhlükəsi ilə üz-üzə qalmasıyla bağlı həyəcan təbili çalırıq", - NİDA Vətəndaş Hərəkatının oktyabrın 17-də yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, oktyabrın 9-dan NİDA üzvü, 13 saylı cəzaçəkmə müəssisəsində (CÇM) saxlanılan Bayram Məmmədova ciddi təzyiqlər başlanıb.
"Həmin tarixdə özünü təqdim etməyən hökumət nümayəndələri həbsxana rəisinin otağında Bayram Məmmədovla görüşüblər. Görüşün detalları barədə məlumat ala bilməmişik, amma görüş ərzində NİDA üzvünün fiziki və mənəvi təzyiqlərə məruz qaldığına dair bilgilərimiz var.
Qeyd olunan görüşdən sonra Bayram Məmmədov cəza kamerasına ("kars") salınıb. "Kars"da olduğu müddətdə də qeyri-insani rəftara məruz qalıb və soyuq şəraitdə, isti paltar olmadan, yemək verilmədən saxlanılıb".
NİDA bildirir ki, oktyabrın 15-də Bayram Məmmədov "kars"dan buraxılıb, lakin həbsxananın ən ağır şəraitli hissəsinə köçürülüb.
"Soyuq, rütubətli və tualetin yanında yerləşən bu hissədə daha əvvəl qalan məhbuslar vərəm xəstəliyinə yoluxublar. Həbsxana rəisi Azər Hacıyev və müavini Elçin Əlicanov Bayram Məmmədova bildiriblər ki, vərəmə yoluxdurmamış ondan əl çəkməyəcəklər".
Bəyanatda deyilir ki, digər NİDAçı siyasi məhbus Qiyas İbrahimova qarşı həyatına təhlükə törədəcək təhdidlər var.
2 saylı CÇM rəhbərliyi siyasi məhbusa bildirib ki, onu Qobustan qapalı həbsxanasına göndərəcəklər.
Bir müddət əvvəl Qobustan həbsxanasına baş çəkən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirmişdi ki, həmin həbsxanada heç kimə bir gün belə qalmağı arzulamazdı. Qobustan həbsxanası ölkədəki ən ağır şəraitli, ən təhlükəli müəssisə hesab olunur.
NİDA bildirir ki, hərəkatın 5-ci ildir həbsdə olan üzvü İlkin Rüstəmzadə də avqustun 18-də həbsxana rəhbərliyi tərəfindən ölümlə təhdid olunub.
"Hərəkat olaraq Azərbaycan hakimiyyətindən siyasi məhbuslara qarşı təzyiqlərə son qoymağı tələb edirik. Yerli və beynəlxalq ictimaiyyəti bu həyati məsələyə xüsusi diqqət ayırmağa çağırırıq", - bəyanatda qeyd edilir.-03D-
-
- Cəmiyyət
- 17 Oktyabr 2017 17:45
Cəmiyyət
-
Azərbaycan məktəblərində rus dilində siniflər arta bilər. Jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bildirib ki, məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. "Bu gün ölkənin təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - o əlavə edib.
-
Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.
-
Mayın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək.
-
Azercell-in ev sahibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi Bu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Rəy yaz