Азиз Оруджев
Əziz Orucovun işi üzrə prosesdə şahid ifadələri dinlənilib
Bakı/17.10.17/Turan: Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyilə "Kanal-13" İnternet televiziyasının direktoru Əziz Orucovun işi üzrə proses davam edib.
O, mayın 2-də polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bugünkü prosesdə şahid ifadələri davam edib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib ki, müttəhimi düzgün jurnalist kimi tanıyır. 2015-2016-cı illərdə müqavilə əsasında "Kanal-13" ilə əməkdaşlıq edib. Bu kanalda hüquqi yardımla bağlı maarifləndirici verilişlər hazırlanıb.
M.Qəhrəmanlının sözlərinə görə, QHT rəhbəri kimi belə proqramların hazırlanmasına üç dəfə rəsmi qaydada pul ödəyib: iki dəfə 500 manat və bir dəfə 450 manat. Buna görə qəbz alıb və bunlar da istintaqa təqdim olunub.
Ə.Orucov deyib ki, M.Qəhrəmanlıdan alınan məbləğdən vergi ödənilib.
Şahid Alış Abdulla deyib ki, könüllü olaraq telekanal ilə əməkdaşlıq edib. Məqsədi jurnalistika praktikasına yiyələnmək olub.
Növbəti iclas oktyabrın 24-nə təyin edilib.
Jurnalistin vəkili Elçin Sadıqov Turan0a bildirib ki, şahidlərin heç biri Ə.Orucovun əleyhinə ifadə verməyib. Onun sözlərinə görə, Ə.Orucova qarşı irəli sürülən ittihamlar əsassızdır.
Əslində Ə.Orucov "Kanal-13"də "alternativ fikir daşıyıcılarına" efir ayırdığına görə siyasi təqiblərə məruz qalıb.-06D--
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
-
Mayın 18-də Bakıda və Abşeronda yağıntılı tutqun hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 11+13, gündüz müsbət 15+19 dərəcə olacaq.
-
Turan İnformasiya Agentliyinin son araşdırmaları Azərbaycanda kanalizasiya sisteminin idarə olunması ilə bağlı narahatedici hüquqi pozuntuları və ekoloji təhdidləri üzə çıxarıb. Turan-ın dərc etdiyi üç məqalədə dövlət nəzarətindəki ciddi nöqsanlar işıqlandırılır ki, bu da kanalizasiya xətlərinin icazəsiz tikintisinə və təmizlənməmiş çirkab sularının Zaqulba və Buzovna çimərliklərinin yaxınlığında Xəzər dənizinə axıdılmasına səbəb olub.
Rəy yaz