Cəzaların çəkilməsi təxirə salına bilər
Bakı/17.10.17/Turan: Azərbaycan prezidenti məhkumların cəzalarını çəkməsinin təxirə salınması ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi təklif edib.
Layinə Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə aiddir.
Layihəyə görə, 14 yaşına qədər uşağı olan qadınlar, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarını çəkmələri uşaq 14 yaşına çatanadək təxirə salına bilər.
İndiki qanunvericilikdə bu yaş 8 yaş həddindədir.
Layihənin oktyabrın 20-də Milli Məclisin iclasında müzakirəyə çıxarılması gözlənilir.-05D-
-
- Cəmiyyət
- 17 Oktyabr 2017 17:45
-
- İqtisadiyyat Göstəriciləri
- 17 Oktyabr 2017 18:09
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz