Əfqan Muxtarlının vəkili zorakılıqla üzləşdiyini bildirir
Bakı/17.10.17/Turan: Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında məhdudiyyətlərə və qaba rəftara məruz qalıb. Bu haqda N.Kərimli özü bildirib.
"Bu gün təcridxanada saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşdüm. Neçə vaxtdır ki, Əfqan Muxtarlı təcridxanada qanunsuz məhdudiyyətlərə məruz qalır. Ondan təcridxanada qanunsuz məhdudiyyətlərlə üzləşməsi ilə bağlı rəsmi izahat aldım. Bu, jurnalistin hüquqlarının müdafiəsi üçün lazımdır. Ə.Muxtarlı ilə konfidensial söhbət aparmağıma imkan vermədilər. Təcridxana əməkdaşları bizi izlədilər, görüş başa çatdıqdan sonra isə qaba rəftarla üzləşdim", - vəkil bildirib.
O deyib ki, buraxılış vərəqəsini götürmək üçün qeydiyyat otağında olarkən Penitensiar Xidmətin yüksək rütbəli 4-5 əməkdaşı ora daxil olub, kobud şəkildə yoxlama aparmaq istədiklərini bildiriblər.
Vəkil buna etiraz etdikdə həmin şəxslərin davranışları daha da kobudlaşıb. Kobudluq edənlərdən biri mayor rütbəli Ədalət Qurbanov olub, digərlərini isə tanımayıb. "Zorla çantamı əlimdən aldılar, Ə.Muxtarlının izahatı, qeydləri götürüldü, məni zorla təcridxana rəisi Rəşid Cəfərovun yanına apardılar. Təcridxana rəisinin müdaxiləsindən sonra götürülən sənədlər qaytarıldı", - vəkil bildirib.
N.Kərimli bununla bağlı araşdırma aparılması üçün prokurorluğa şikayət edəcəyini söyləyib.
Vəkilin adlarını çəkdiyi rəsmi şəxslər, eləcə də Penitensiar Xidmət onun söylədiklərini şərh etməyiblər.
Xatırladaq ki, jurnalist Əfqan Muxtarlı bu il mayın 29-da müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Onun dediklərinə görə, Tbilisidə saxlanılıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Rəsmi məlumatda isə sərhəddi keçərkən Azərbaycan ərazisində saxlanıldığı, hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyi deyilir.
Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazıların müəllifidir.-05B-
-
- İqtisadiyyat Göstəriciləri
- 17 Oktyabr 2017 18:09
-
- Maliyyə
- 18 Oktyabr 2017 00:22
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz