Ermənistan və Azərbaycan Cenevrə danışıqlarının yekunlarını təkzib edib

Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə Cenevrə danışıqlarından sonra tərəflərin səsləndirdikləri bəyanatlar görüşün növbətçi xarakter daşıdığını və sülhməramlı məzmuna malik olmadığını demək üçün əsas verir.

Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 16-da ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqlardan dərhal sonra belə deyib: "İstəyirəm hamınız əmin olasınız: bizim üçün Qarabağın təhlükəsizliyini hər hansı şəkildə poza biləcək heç bir həll yolu yoxdur. Bizim üçün yeganə həll yolu Qarabağın Azərbaycandan ayrı olmasıdır. Heç vaxt heç bir erməni lideri belə bir həlli qəbul edə və həyata keçirə bilməz və biz bunun üçün əlimizdən gələni edəcəyik".

Bununla Sarkisyan Ermənistanın maksimalist və güzəştsiz: Dağlıq Qarabağ ətrafında elə özünün işğal etdiyi əraziləri müqabilində Dağlıq Qarabağın müstəqilliyi mövqeyini dəyişdirmədiyini təsdiq edib.

Azərbaycan tərəfin prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Novruz Məmmədov səviyyəsində gecikməyən alçaldıcı cavabı tərəflərin ATƏT-in Minsk qrupu həmsədrlərinin yekun bəyanatını təkzib etdikləri qənaətini gücləndirib: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq".

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq, danışıqların "konstruktiv" keçirildiyini bildiriblər: Prezidentlər danışıqlar prosesinin intensivləşdirilməsi və təmas xətti boyunca gərginliyin azaldılması üçün əlavə addımlar atmağa razılaşıblar.

Amma bəyanatda razılaşmaların həyata keçirilməsi mexanizminə istinad yox idi, bu da, prinsipcə, danışıqların yekununun nümayiş xarakterli olduğunu göstərir. Belə ki, təmas xəttində insidentlərin araşdırılması üzrə ATƏT mexanizmlərinin tətbiqi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regional ofisinin səlahiyyətlərinin genişləndirilməsi haqqında mayda əldə olunmuş Vyana danışıqlarının aqibəti naməlum olaraq qalıb.

Məlum olduğu kimi, 2016-cı ilin aprelində lokal döyüş əməliyyatlarından sonra atəşkəs rejiminin pozulmasında xüsusi intensivlik qeydə alınırdı. Prezidentlərin mayın 16-da Vyanada ATƏT-in himayəsi altında və iyunun 20-də prezident Putinin vasitəçiliyi ilə Peterburqda keçirilən danışıqlarından sonra döyüş fəallığı bir qədər azalıb. Amma prezidentlərin son görüşündə sülhə sadiqlik əksini tapmayıb, bu da gərginliyin və bunun ardınca sülh danışıqlarının davam edəcəyini düşünmək üçün əsas verir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti