Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Gözəl Bayramlının həbs müddəti daha 2 ay uzadılıb
Siyasət 


2017 Oktyab 06 ( Cümə )  13:35:10
Çap versiyası
English Русский 

Bakı/06.10.17/Turan: Oktyabrın 6-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsindəki həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib. Gözəl Bayramlı məhkəmədə iştirak edib. Bu barədə "Amerikanın Səsi"nə vəkil Zübeydə Sadıqova bildirib.

AXCP sədr müavini barədə həbs qətimkan tədbirinin uzadılması barədə vəsatəti baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə müstəntiq verib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min ABŞ dolları pul tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırki vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", deyə rəsmi məlumatda bildirilir.

G.Bayramlı deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.

Bu gün Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə Gözəl Bayramlı çıxış edib və həbsdə saxlanmasına etiraz edib.

"Həbsim siyasi sifarişdir, siyasi fəaliyyətimlə bağlıdır. Həbsdə saxlanmağım da qanusuzdur. Artıq 5-ci aydır həbsdəyəm. Ancaq indiyədək cəmi bir dəfə isitintaqda dindirilmişəm, bir dəfə də eksapertizanın nəticələri ilə tanış olmuşam. İndiyədək 17 dəfə məhkəmə iclası olub, lakin heç bir vəsatətim təmin edilməyib", deyə vəkil Zübeydə Sadıqova Bayramlının məhkəmədəki çıxışına istnadən bildirib.

Müstəntiq məhkəmədə deyib ki, Gözəl Bayramlının barəsində həbs qətimkan tədbiri dəyişərsə, onun Gürcüstana getmə ehtimalı və şahidlərə təzyiq etmə imkanları var.

Bu zaman müdafiə tərəfi iş üzrə şahidlərin artıq dindirildiyini, Bayramlının tanınmış siyasi xadim olduğunu və ölkəni tərk etməyəcəyini bildirib.

Lakin məhkməmə ittiham tərəfinin vəsatətini nəzərə alaraq, həbs qətimkan tədbirinin müddətini daha iki ya uzadıb.

Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhətində problemlər qalmaqdadır.

"O, çıxış edərkən ayaq üstə sərbəst dura bilmədiyindən, stula dayaqlanaraq danışırdı. Bayramlı müalicəsinin mütəmadi davam etdirilməsində problemlərin olduğunu, saxlandığı kameranın dar olduğundan hərkətində məhdudiyyətlər yarandığını məhkəmənin diqqətinə çatdırdı", deyə Zübeydə Sadıqova qeyd edib. -03B-