Aİ Avropa filmləri festivalını keçirir
Bakı/02.11.17/Turan: Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi mədəni tədbirlərin qonaqları və jurnalistlər üçün "IMAGINE" Avropa tolerantlıq festivalı, həmçinin Avropa filmləri festivalı haqqında müsabiqə elan edib.
Qonaqlar üçün inşa "IMAGINE Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssuratlarımı necə dəyişdi" adlanır.
İnşa ingilis dilində yazılmalı və maksimum 350 sözdən ibarət olmalıdır.
Jurnalistlər üçün Avropa film festivalı barədə nəşr olunan ən yaxşı mətbuat işı müsabiqəsi keçiriləcək.
Inşa və məqalələr 30 noyabr 2017-ci ilədək "İnşa müsabiqəsi" və "Jurnalistlər üçün müsabiqə" adı ilə DELEGATION-AZERBAIJAN@eeas.europa.eu elektron poçtuna göndərilməlidir.
Qaliblər 2018-ci ilin fevralında Berlin film festivalına dəvət olunacaqlar.
Uçuş bileti, yaşayış xərcləri və gündəlik xərclər, eləcə də festivala biletlər Aİ nümayəndəliyi tərəfindən ödəniləcək.
Avropa film festivalı 2-12 noyabr tarixlərində Bakıda keçiriləcək. Festival çərçivəsində 21 film nümayiş etdiriləcək. Filmlərin nümayişi Park Cinema kinoteatrlar şəbəkəsində olacaq, giriş pulsuzdur.-71D-
-
- Siyasət
- 2 Noyabr 2017 14:53
Mədəniyyət
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
Rəy yaz