VIII Avropa Film Festivalı başlayır
Noyabrın 2-si Bakıda VIII Avropa Film Festivalının stratı verilir. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, festival proqramına 21 film daxildir.
Onlardan üçü - Azərbaycan (1 film), Böyük Britaniya (1film), Norveç (1 film), qalanları isə Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.
Festivala Avropanın tanınmış film rejissorları da qatılır.
Qonaqlar arasında Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadır Balcı, Portuqaliyadan Joao Nikolau, Hollandiyadan Yoram Lürsen da olacaq.
Onların Bakıda ustad dərsləri keçməsi də planlaşdırılır.
Filmlər Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Giriş pulsuzdur.
Film Festivalı noyabrın 12-dək davam edəcək.
-
- İqtisadiyyat
- 3 Noyabr 2017 11:07
-
- Cəmiyyət
- 3 Noyabr 2017 11:32
Mədəniyyət
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
Rəy yaz