YUNESKO-da Azərbaycanla bağlı yubileylər
Bakı/06.11.17/Turan: Parisdə keçirilən YUNESKO-nun Baş konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib. Xəbəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Xəbərə görə, yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.
Xəbərdə deyilir ki, tərliflər Baş konfrans tərəfindən qəbul olunub. Beləliklə, 2018-ci ildə Parisdə bəstəkar Qara Qarayevin və 2019-cu ildə BDU-nun 100 illik yubileyləri qeyd olunacaq.
Bundan başqa Azərbaycan və İran Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə də qoşulub.
Mədəniyyət
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
-
Bu günlərdə çapdan çıxan “Gürcüstandan Azərbaycana dialektoloji lüğət” adlı kitabda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının, Gəncə şəhərinin və Gürcüstanın cənub-şərqindəki Borçalı bölgəsinin dialekt sözləri ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilib.
-
Maraqlı bədii əməkdaşlıq çərçivəsində Polşa Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə mədəniyyət odisseyasını təqdim edir: "Polşa kukla sənəti" sərgisi. Sərginin kuratoru istedadlı fotoqraf və art-kurator Aydın Sadıxovdur.
Rəy yaz