Самира Агаева

Самира Агаева

Oktyabrın 6-da Ali Məhkəmə sədri Milli Məclisə Azərbaycan Respublikasının Mülki-Prosessual, İnzibati-Prosessual məcəllələrinə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa dəyişikliklər haqqında qanun layihələrini təqdim edib. Qanun layihələrində mülki və inzibati məhkəmə proseslərində məhkəmə nümayəndələrinin iştirakının qadağan edilməsi təklif olunurdu. Ali Məhkəmə bu proseslərdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirak etməsində israr edirdi. AM-nin təklifləri tez bir zamanda Millə Məclis tərəfindən qəbul olundu.

Bu qərarla əlaqədar hüquqşünas, məhkəmə proseslərində vətəndaşların nümayəndəsi Samirə Ağayeva Turan-ın suallarını cavablandırıb.

- Qanunların və məcəllələrin yeni versiyalarının qəbulu ilə məhkəmələrin siz hüquqşünaslara münasibəti dəyişib, amma Azərbaycan Vəkillər Kollegiyasının üzvlərinə yox. Bu, nəyə səbəb ola bilər?

- Yanvarın 1-dən, dəyişikliklər qüvvəyə mindiyi andan etibarən səkkiz minə yaxın Azərbaycan hüquqşünası Vəkillər Kollegiyasının üzvü olmadığına görə məhkəmələrdə vətəndaşalrı müdafiə edə, onların hüquqi sənədlər tərtib etməsinə kömək edə və digər peşə fəaliyyətlərini həyata keçirə bilməyəcəklər. Qanun dəyişib. Hələlik bizim məhkəmələrdə çıxış etmək hüququmuz var, belə ki, qanun qüvvəyə minməyib, amma 2018-ci ildə fəaliyyətimiz dayanacaq. Məhkəmə proseslərində vətəndaşların nümayəndələri kimi çıxış edən hüquqşünaslar kənarda qalacaq. Yanvarın 1-nə qədər biz işlərimizi yekunlaşdıra bilərik, amma indi notariuslar Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslara etibarnamə vermir.

- Kollegiyada deyirlər ki, problem yoxdur, belə ki, hüquqşünaslar Vəkillər Kollegiyasına daxil ola bilərlər.

- Bir çox hüquqşünaslar daxil olacaq. Ötən il ərzində 1500-ə yaxın sənəd verilib, namizədlər hələ də imtahan verməyiblər. Yanvardan etibarən, çox güman ki, yenidən sənəd qəbulu olacaq və onda o 8 min hüquqşünasın bir hissəsi Kollegiyaya daxil olmaq üçün sənəd verəcək.

- Bununla problem həll olunacaq?

- Düşünmürəm ki, həll olunsun, belə ki, bütün hüquqşünasları məcburi qaydada Kollegiyaya daxil etmək olmaz. İkincisi, Kollegiyaya qəbul iki mərhələdə keçirilir - yazılı imtahan və söhbət, ikinci mərhələdə namizədi istənilən, hətta hüquqla əlaqəsi olmayan bir sualla asanlıqla .... olar. Siyasi məhkəmə proseslərində iştirak etmələri ilə məşhur olan hüquqşünaslar üçün Kollegiyanın qapılarını bağlaya bilərlər ki, bu halları müşahidə edirik.

- Ondan Kollegiyaya daxil olmayan hüquqşünaslar işsiz qalacaq?

- Onlar vətəndaşları məhkəmələrdə təmsil etmək hüququnu itirəcəklər. Bəli, onlar vətəndaşlar üçün hüquqi sənədlər tərtib edə, idarələrdə və şirkətlərdə hüquqşünas kimi işləyə, bu qurumların maraqlarını maraqlarını təmsil edə, vətəndaşlara məsləhətlər verə bilərlər, amma məhkəmələrdə onların maraqlarını təmsil edə bilməyəcəklər. Qurumlarda hüquqi şəxs kimi işləyən hüquqşünaslar öz təşkilatlarını məhkəmələrdə təmsil edə bilərlər. Sonuncu aspekt təəccüb doğurur, amma bu, belədir.

- Qanuna dəyişiklik məhkəmələrdə vətəndaşların yaxın qohumlarının onların maraqlarını təmsil etməsinə imkan verir. Yaxın qohum hüquqşünas deyilsə, hüquqi savadı yoxdursa, bu, necə ola bilər?

- Vətəndaşı hüquqşünasların deyil, yalnız qohumların müdafiə etməsi bir problemdir. Digər bir problem isə çox sayda kimsəsiz, vəkil pulu ödəmək üçün vəsaiti olmayan yoxsul insanlar hüquqi yardımdan məhrum qalacaqlar. Həmçinin, elə siyasi cəhətdən fəal vətəndaşlar, jurnalistlər var ki, onların işini hər vəkil götürmür. Belə vətəndaşlara biz - məhkəmələrdəki nümayəndələr kömək edirdi. Həssas, siyasi işlər üzrə ixtisaslaşan çox az vəkil var, Vəkillər Kollegiyasının 905 üzvündən cəmi 8-10-u. Çox güman ki, bu vəkilləri bundan sonra da Kollegiyadan çıxarmağa davam edəcəklər, bu yaxınlarda Yalçın İmanovu çıxardıqları kimi. Onu Penitensiar Xidmətin İmanovu ölkədə sabitliyi pozmaqda ittiham etməsindən sonra bu şəkildə cəzalandırıblar. Y.İmanov mətbuata Nardaran işi üzrə təqsirləndirilən Abbas Hüseynovun həbsxanada işgəncələrə məruz qaldığını açıqlamışdı.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti