Media-icmal 13.11.17

Mobil laboratoriyaların aqrar sahəyə köməyi, ölkənin əmək bazarındakı durum, xarici borcun artması (13 noyabr, 2017-ci il) bugünki medianın aparıcı mövzularındandır...

Fermerlərin yardımçıları - müasir laboratoriyalar

"Azərbaycan" qəzeti "Mobil laboratoriyalar fermerlərin köməyinə gəlir" sərlövhəli ( http://www.azerbaijan-news.az/index.php?mod=3&id=133594) məqalədə müasir texnologiyanın fermerlərə yardımçı olmasını dəyərləndirir.

Müəllif deyir ki, mobil laboratoriyalar fermer təsərrüfatlarında xidmət göstərməklə torpaqların keyfiyyət göstəricilərini və məhsuldarlığını operativ müəyyən edir, torpağın münbitliyinin artırılmasına dair fərdi tövsiyələr verir: "Bunun nəticəsində isə fermerlər əkin sahələrinin yararlığını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər.Sonuncu dəfə mobil laboratoriyalar Neftçalada xidmət göstərib,rayonun əkin yerlərində, pambıq və taxıl sahələrində torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib".

Müəllif vurğulayır ki, mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın "qida rasionu" müəyyənləşdirilir,

morfoloji xüsusiyyətləri olan nəmliyi, karbonatlığı, quru qalığı, temperaturu və s. təyin olunur.

Müəllif səyyar laboratoriyaların iş prinsipini də izah edir: "Öncə çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür, nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaqdöyən maşında torpaq nümunəsi döyülür, elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır".

Müəllif deyir ki, mobil laboratoriyalar mütərəqqi texnologiyalarla təchiz edilib, torpaqların hiqroskopik nəmliyi elektron cihaz vasitəsilə təyin edilir, laboratoriyada torpaqların mühiti öyrənilir ki, bu da həmin torpaqda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi zərurətini önə çəkir.

Yazıda yeni laboratoriyaların torpaqların şorlaşma dərəcəsini, tiplərini və qrunt sularının minerallaşma dərəcələrini təyin etməyi bacardığı vurğulanır.

Müəllif deyir ki, 2017-ci ldən fəaliyyətə başlayan mobil laboratoriyalar vasitəsilə paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Siyəzən, Sabirabad, Zaqatala, Ağsu, Oğuz bölgələrindəki bir çox ərazilərdə tədqiqat işləri aparılıb, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək sifarişçilərə təhvil verilib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər" haqqında fərman əsasında ölkə ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması, torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində bir sıra innovativ tədbirlər həyata keçirilir. Bu işlər Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq, bitki laboratoriyaları vasitəsilə aparılır.

Öyrənilməyən əmək bazarı

"Exo" qəzetində isə diqqəti "Hökumət Azərbaycanın əmək bazaranı öyrənmir, amma problemlərini həll etməyə səy göstərir" sərlövhəli məqalə

(http://ru.echo.az/?p=64376) cəlb edir.

Müəllif əmək bazarının mövcud durumunu ekspertlərlə müzakirə edir.

"İşsizlik problemi də daxil olmaqla, konsepsiyalar hazırlanarkən dövlət tərəfindən əmək bazarının strukturunun öyrənilməməsi bütün problemlərin əsasını təşkil edir. Dövlət orqanları nə qədər insanın işsiz olduğunu bilmir. Hökumət isə ilin nəticələrinə görə, əvvəlki il ərzində nə qədər yeni iş yeri yaradılması haqda məlumat verir. Amma vətəndaşların daimi işlə təmin edilmələri faktı elan ediləndən həmişə az olur, müəyyən müddətdən sonra müvəqqəti və mövsümi işlə təmin edilən vətəndaşlar yenidən işsiz qalırlar". Əmək bazarındakı durumu ekspertlər qəzetə belə şərh edirlər.

Ekspertlər deyirlər ki, məmurlar yeni iş yerləri açılması barədə danışsalar da, əmək bazarının təhlili üçün vacib olan bu iş yerlərinin nə qədərinin daimi, nə qədərinin müvəqqəti olması, nə qədər iş yerinin bağlanması kimi ən vacib məsələlər barəsində susurlar.

Ekspertlər İqtisadiyyat Nazirliyinin yaxın zamanlarda 14 min yeni iş yeri açılacağı bəyanatını da təhil edərək deyirlər: "Bu, ancaq proqnozdur, konkret plan deyil. Bütünlükdə isə dövlət orqanının Azərbaycan əmək bazarının durumunu öyrənməsi zəruridir. Nə qədər insanın iş gününü bütöv və ya yarımçıq işləməsi, hansı sahələrdə işləməsi, nə qədər qazanması, işsizliyin real səviyyəsi, işə götürənlərin hansı sənət sahiblərini axtarmaları, qeyri-leqal məşğulluğun miqyası və s. öyrənilməlidir".

Ekseprtlər heyvandarlıq istisna olmaqla, aqrar sektorun ancaq mövsümi işlər təqdim etdiyini deyirlər, əmək bazarının öyrənilməsinin "ASAN-Xidmət"in tabeliyinə verilməsini qurum bu sahədə peşəkar olmadığı üçün əsassız sayırlar.

Tikinti sektorunda müqaviləsiz çalışanların üzə çıxarılması ilə bağlı araşdırmada "ASAN-xidmət"in fərqli rəqəmlər (27%, daha sonra 35%) gösrtərməsini ekspertlər qeyri-peşəkarlıq sayaraq müqaviləsiz işləyənlərin sayının bundan azı iki dəfə çox olduğunu deyirlər.

Müəllif xatırladır ki, Azərbaycanda "İşsizlikdən Sığorta Fondu" yaradılıb, 2018-ci il üçün fondun gəlir və xərcləri 89,04 milyon manat təşkil edir, bu məbləğin 33,487 miyon manatı işsizliyə görə sığortaya yönəldilir, qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd edilir.

Artmaqda olan xarici borc

"Novoye Vremya qəzetində isə "Azərbaycanın xarici borcu artır" sərlövhəli məqalə (http://www.novoye-vre mya.com/w111005/.../#.Wghbmmi0PIU) oxumaq olar.

Müəllif deyir ki, son vaxtlar xarici borc özü də əhəmiyyətli dərəcədə artıb və hazırda dövlətin birbaşa bocu 2017-ci ilin ilk yarısında daha 2,8% artaraq 7,1 milyard dollar təşkil edir.

Məqalədə maliyyə naziri Samir Şərifova istinadən deyilir: "Azərbaycanın xarici borcu o qədər də çox deyil. Əgər Azərbaycan Beynəlxalq Bankının borclarının bağlanması istisna olunsa, demək olar ki, bu borc dəyişməyib. Dövlət iri kreditlər cəlb etmir, adətən dövlət şirkətləri bu və ya digər layihənin reallaşdırılması üçün kreditlər cəlb edirlər".

Amma müəllif bu açıqlamanı yetərli saymayaraq 2018-ci ildə xarici borcların bağlanmasına dövlət büdcəsindən 2263 milyon manat və ya 2017-ci il büdcəsində olduğunudan 37,8% çox vəsait ayrılmasına diqqət çəkir.

Müəllif vurğulayır ki, bankın defolt elan etməsi, ya da işini davam etməsi kimi dilemmada dövlət bankın 2,4 milyard manat borcunu öz üzərinə götürərək ABB-nin sonrakı fəaliyyətinə "yaşıl işıq" yandırıb.

Yazı müəllifi dövlət məmurlarının xarici borcun hazırda Ümumi Daxili Məhsulun cəmi 18%-i qədər olması barədə bəyanatlarını təsdiqləsə də, bu borcun son zamanlar artmasını xüsusi vurğulayır: "Amma ÜDM-in, dövlət büdcəsinin kiçildiyi, valyuta gəlirlərində problemlər yaşandığı son illərdə Azərbaycanın xarici borcunun artması özü göstəricidir. Belə ki, əvvəllər, yəni, 2013-2014-cü illərdə xarici borc ÜDM-n cəmi 8-9%-i həcmində idi".

Müəllif xatırladır ki, bu dövrdə yaranmış problemlərlə bağlı beynəlxalq reytinq agentlikləri Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini aşağı salıb. Belə ki, bu il avqustun sonunda "Moodyus" Azərbaycanın suveren reytinqini Ba-1-dən Ba-2-yə endirib, noyabrın əvvəlində isə "S&P" də reytinqləri aşağı salıb.

Müəllif isə reytinqlərin pisləşməsinin özünü pis göstərici adlandırır və deyir ki, indi xarici bazarlardan bocr götürmək ölkəyə baha başa gəlir, digər tərəfdən isə, makroiqtisadi inkişafdakı disbalansı nəzərə alan ekspertlər indki halda xarici borcun ÜDM-in hətta 15-20% həcmində olmasını Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər yüksək sayırlar.

Müəllifə görə, yerli ehtiyatlardan, o cümlədən, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etmək lazımdır.

Müəllifə görə, onsuz da xarici borc götürüldükdə Fondun hesabına bu borclar üçün faizlər də ödənilir, amma bundan daxildə istifadə olunsa ölkəyə daha ucuz başa gələ bilər. --0--

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti