Yük maşınında qumbara aşkar edilib

Bakı/13.11.17/Turan: İrandan gələn yük maşınında gömrük yoxlaması zamanı qumbara aşkar edilib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi 44BM570/44ZA357 dövlət nömrə nişanlı "Kamaz" avtomobilinin kabininin arxa hissəsində yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "Ф-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti