Son yenilənmə

(10 d. əvvəl)
İnsan oğurlayan şəxslər zərərsizləşdirilib

Bakı/13.11.17/Turan: Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində insan oğurluğunda ittiham olunan cinayətkar qrupun üzvləri zərərsizləşdirilib.

Əməliyyat qardaşı Rüfət Kəngərli borclu olduğu şəxslər tərəfindən girov götürülən Bakı sakini Balabəy Məmmədovun şikayəti əsasında keçirilib, xəbəri DİN-in mətbuat xidməti yayıb.

Bundan sonra Kəngərlini oğurlayan şəxslər qardaşının azad edilməsi üçün Məmmədovdan ilkin olaraq 1000 manat tələb ediblər. Məmmədovu pul verməkdən imtina edərsə, qardaşını öldürəcəkləri ilə hədələyiblər.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində insan oğurluğundan şübhəli bilinən şəxslər, əvvəlcədən məhkumluğu olan Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Kəngərlinin oğrurlandıqdan sonra səhərə qədər Biləcəri qəsəbəsində Ramazanovun kirayə tutduğu evdə saxlayıblar.

Axtarış zamanı Ramazanovun üzərindən 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd "Fenadiazepin" həbi, 20 ədəd "Travmatologiya", 9 ədəd "Kontromal" həbi, 2 ədəd psixotrop "Qeritsa" preparatı,habelə 2,031 qram heroin, Əmirxanlın üzərindən 2,931 qram heroin aşkar edilib və götürülüb.

Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir, deyə məlumatda bildirilir. -06D--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti