Bakı Hərbi Məhkəməsi

Bakı Hərbi Məhkəməsi

Bakı/13.11.17/Turan: Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki keçmiş yüksək vəzifəli şəxsinin işi üzrə prosesdə prokurorun yekun çıxışı olub.

Bu işin fiqurantları Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev və onun müavini, polkovnik Azər Mehdiyevdir.

Prokuror Quliyevin 15 il, Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onlar bir sıra ağır cinayətlər törətməkdə, o cümlədən hədə yolu ilə pul tələb etməkdə, rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və sui-istifadədə və s. ittiham olunur.

MTN-də kadr təmizlikləri və həbslər 2015-ci ilin oktyabrında bu idarənin rəisi Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra başlayıb.

İdarənin 20 böyük zabiti həbs edilib, xüsusi xidmət özü isə buraxılıb. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Keçmiş yüksək vəzifəli zabitlərindən bir neçəsi artıq uzunmüddətli həbs cəzalarına məhkum edilib. -16D06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti