Ülvi Həsənlinin şikayəti təmin edilməyib
Bakı/13.11.17/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Ülvü Həsənlinin qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması barədə şikayətinə baxılıb.
Noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi fiziki zor tətbiq edilməklə məcburi hərbi xidmətə aparılmış Ü. Həsənlinin şikayətini təmin etməyib. Bunu vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Ü.Həsənlinin məcburi hərbi xidmətə aparılması ilə bağlı Bakı Hərbi Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli qərarından verilib.
Şikayətin mahiyyəti budur ki, Bakı Hərbi Məhkəməsi noyabrın 3-də Ü.Həsənlinin qanunsuz həbs edilməsi, qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalmasını araşdırmalı idi.
"Hərbi məhkəmə əvvəlcə Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərdiyini bildirsə də sonradan onun iştirakını təmin etməyib.
Ü. Həsənli isə yoldan yenidən hərbi hissəyə qaytarılıb", - vəkil E.Sadıqov deyib.
Bu gün vəkil Apellyasiya Məhkəməsində 8 vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib və Bakı Hərbi Məhkəməsinin 3 noyabr tarixli qərarını qüvvədə saxlayıb.
Vəkil baş vermiş bu qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəyini bildirib.
Xatırladaq ki, Ü.Həsənlinin sağlamlıq problemilə bağlı orduda xidmətdən möhlət hüququ olub. Amma oktyabrın 27-də gənc fəal, NİDA Hərəkatının İdarə Heyətinin üzvü Ü. Həsənli hərbi xidmətə aparılıb.
Ü.Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verilib, oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər, oktyabrın 25-də keçirilən əlavə müayinələr zamanı isə böyrəyinin sağlam olduğu bildirilib, oktyabrın 26-da növbəti müayinə zamanı xəstəxanada Ü.Həsənlini hərbi polis saxlayıb, hərbi komissarlığa aparılıb,oradan isə hərbi hissələrdən birinə göndərilib.-05D06--
Cəmiyyət
-
Bazar günü, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Rəy yaz