175 işçi əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib

Bakı/13.11.17/Turan: Çoxmərtəbəli binaların tikintisi üzrə obyektlərin monitorinqi zamanı 175 işçinin əmək müqaviləsi olmadan çalışması məlum olub. Bu barədə "ASAN-xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin açıqlamasında deyilir.

Mərkəz 15 səyyar monitorinq həyata keçirib və monitorinq bina tikintisilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-i subpodratçı olmaqla, 43 hüquqi və fiziki şəxsi əhatə edib. Məqsəd qeyri-rəsmi əmək münasibətlərinini tənzimləmək olub. Yoxlamaların keçirildiyi müddətdə yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə işlədiyi aşkar olunub.

Faktlar müvafiq tədbirlər görülməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa yönləndirilib.

Əmək Məcəlləsinə görə, işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi 7 min manatdan 10 min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezident İlham Əliyev bu il aprelin 28-də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb.-05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti