Media-icmal 14.11.17

Qida Təhlükəsizliyi Agentliyi yaradılmasının mahiyyəti, ədalət mühakiməsinin keyfiyyəti, kartof istehsalının azalması, "qadın qul bazarı"nda baş verənlər bugünki (14 noyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır..

Paralelçilik aradan qaldırılacaq

"Azərbaycan" qəzeti "Ekspert: Qida Təhlükəsizliyi Agentliyinin (QTA) yaradılması (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=133708) vətəndaşların keyfiyyətli məhsullarla təminatına xidmət edəcək"" sərlövhəli məqalədə bu qurumun yaradılmasını ekspert Ramil Hüseynlə dəyərləndirir.

Müəllif deyir ki, ölkədə struktur islahatları davam edir və QTA-nın yaradılması bunun tərkib hissəsidir.

Yazıda vurğulanır ki, qurumun fəaliyyətinin təmin edilməsi üçün noyabrın 13-də Əsasnaməsi imzalanıb və 2018-ci ildən fəaliyyətə başlaması gözlənilir.

"Agentliyin yaradılmasında müasir çağırış və yeni təşəbbüslər nəzərə alınıb. Həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini, optimallığını təmin edəcək, pərakəndəliyi, təkrarlanmaları aradan qaldıracaq". Ekspert Ramil Hüseyn bu qurumun yaradılmasını belə əsaslandırır.

Ekspertə görə, bu sahədə vahid idarəetmənin tətbiqi resurslara qənaətə, istehlakçı maraqlarının müdafiəsinə, idxal-ixrac prosesində sənədləşmənin asanlaşmasına, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və s. səbəb olacaq.

R.Hüseyn deyir ki, bu qurumun yaradılması qida təhlükəsizliyinə nəzarət sahəsində paralelçiliyi aradan qaldıraraq səmərəli tənzimləmə sistemi qurulmasına imkan verəcək: "Ümumiyyətlə, qida təhlükəsizliyi sisteminin yaradılması, ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək".

R.Hüseyn bildirib ki, Agentiyin strukturu da təsdiqlənib, Aparat işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib, qurum daxilində publik hüquqi şəxs kimi Qida Təhlükəsizliyi İnstitutu yaradılması da nəzərdə tutulur.

Ekspert deyir ki, institut qida məhsullarının təhlükəsizliyi ilə bağlı nəzəri və hüquqi fəaliyyətləri icra edəcək.

R.Hüseyn hesab edir ki, QTA-nın fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə töhfə verərək ölkənin Qlobal Rəqabətlilik İndeksində "İnstitutlar", "Səhiyyə və ibtidai təhsil", "Əmtəə bazarının effektivliyi" adlı alt indikatorları üzrə mövqeyinin yaxşılaşdırılmasına birbaşa və dolayısı ilə müsbət təsir göstrəcək.

Kəmiyyət yox, keyfiyyət lazımdır

"Novoye Vremya" qəzetində "İslahatlar lazımdır, hakimlərin sayının artırılması yox" (http://www.novoye-vremya.com/w111251/.../#.Wgnci2i0PIU) sərlövhəli məqalə oxumaq olar.

Müəllif xatırladır ki, Azərbaycanda məhkəmə çəkişmələrində hüquqi alət olan nüamyəndəlik institutu ləğv edilib və bunun ağır nəticələri gözlənilir: "Bu məsələ cəmiyyətdə qızğın diskussiyalara yol açdı, belə ki, Azərbaycanda əhaliyə münasibətdə vəkillərin sayı cüzidir, təqribən hər 10 min vətəndaşa 1 vəkil düşür. Bu və ya igər şəkildə çoxları hüquqi müdafiəsiz qalacaq. Amma bu, deputat korpusunu narahat etmədi".

Müəllif deyir ki, nümayəndəlik institutunun ləğvilə vətəndaşların hüquqlarının əlverişsiz olması fonunda deputatlar hakimlərin sayının artırılması kimi mübahisəli təkliflə çıxış ediblər.

Müəllif vurğulayır ki, bu təkliflə çıxış edən deputat Qüdrət Həsənquliyev hazırda 555 hakim ştatı olsa da, bunun 49-nun vakant olaraq qaldığını və əhalinin hər min nəfərinə düşən hakim sayına görə Azərbaycanın Avropa ölkələrindən hələ çox geridə qaldığını söyləyib, deputata görə, onların sayı iki dəfə artırılmalıdır.

Amma müəllif deputatın mövqeyini bölüşmür və hesab edir ki, bu sahədə ilkin olaraq aşağıdakılar reallaşdırılmalıdır: "İlk növbədə ədalət mühakiməsinin keyfiyyəti təmin olunmalıdır. Məhkəmə sisteminin modernləşdirilməsi təkcə hakimlərin sayının artırılması ilə məhdudlaşdırılmamalıdır, islahatlara daha geniş anlamda yanaşmaq lazım gəlir. Məhkəmə islahatlarının son məqsədi isə məhkəmələrin tam müstəqilliyi və hakimlərin daha çox qəbul edəcəkləri ədalətli qərarlar olmalıdır".

Müəllifə görə, məhkəmə sisteminin müstəqilliyi təmin olunmadan hakimlərin sayının artırılmasını məhkəmənin səmərəli olacağı ilə əlaqələndirmək absurddur: "Məhkəmə orqanları korrupsiyaya uğrayıbsa və asılıdırsa, hətta hakimlərin sayının üç dəfə artırılması bürokratik aparatın böyüməsindən başqa heç nə verməycək. Məhkəmə sisteminin fəaliyyət uğuru hakimlərin sayından yox, ədalət mühakiməsinin islahatından keçir. Öz növbəsində, məhkəmələrin səmərəliliyi isə dövlətin iqtisadi inkişafının və vətəndaşların rifah halının yüksəlməsinin qarantıdır".

Kartof istehlakında da sonuncu yer?

"Azadlıq.info" saytında isə diqqəti "Kartof istehlakında da sonuncu yerdəyik" sərlövhəli (https://www.azadliq.info/206309.html) məqalə cəlb edir.

Müəllif adı çəkilən istehsal sahəsində duruma dair ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verib.

V.Məhərrəmli deyir ki, Azərbaycan hakimiyyəti "ikinci çörək" adlandırılan kartof istehsalını da bərbad vəziyyətə salıb, belə ki, Azərbaycan özünün kartofa olan tələbatını daxili istehsal hesabına öhdələyə bilmir: "Xatırladım ki, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011-ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində 67,4 min ton kartof idxal olunmuşdusa, 2016-cı ildə 33,7 milyon dollar dəyərində 182,9 min ton kartof idxal olunub. Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb".

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ekspert deyir ki, 2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib.

V.Məhərrəmli bunu da vurğulayır ki, bu azmış kimi, 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib, 2016-cı ilə nisbətən 2017-ci ildə kartof əkini sahəsi 2 min hektar azaldılıb.

Ekspert hesab edir ki, artıq ölkənin bu seqmentdə də idxaldan asılı vəziyyətdə olduğunu söyləmək olar: " İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Bu kimi səbəblərdən də adambaşı kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur".

V.Məhərrəmli deyir ki, MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə inkişaf edir, xüsusilə Belarus, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından xeyli çox məhsul istehsal edirlər.

Ekspert deyir ki, bu qədər məhsul onların istehlak təlabatını ödəməklə yanaşı, həm də ixraca yönəlir ki, bu da ölkəyə valyuta gətirilməsi deməkdir.

V.Məhərrəmli vurğulayır ki, adambaşına istehlak norması 124 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına ancaq 94 kiloqram kartof istehlak edir.

Ekspert deyir ki, Ermənistan əhalisi isə 2016-ci ildə Azərbaycandan 2,6 dəfə də çox, yəni adambaşına 245 kiloqram kartof istehlak edib.

2016-cı ildə MDB ölkələrində adambaşına kartof istehlakı göstəricilərinə toxunan V.Məhərrəmli bildirir ki, Аzərbaycanda adambaşına 94 kiloqram kartof istehlak olunubsa, bu göstərici Ermənistanda 245 kiloqram, Belarusda 630 kiloqram, Ukraynada 512 kiloqram, Qazaxıstanda 200 kilorqam, Qırğızıstanda 228 kiloqram, Rusiyada 212 kiloqram, Tacikistanda 104 kiloqram olub.--0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti