NİDA Hərəkatının üzvü həbs edilib
Bakı/14.11.17/Turan: Bu gün NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Dəniz saxlanılıb. Bu haqda Hərəkatdan bildiriblər.
NİDAçının siyasi məzmunlu fəaliyyətinə və sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə saxlanıldığı bildirilir.
NİDA Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər həmkarları barədə detallı bilgi əldə edə bildiklərini deyib.
Onun sözlərinə görə, Ümman Dənizi Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. NİDAçı polisin qanuni göstərişinə əməl etməməkdə (İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi) günahlandırılır.
Rayon məhkəməsinin qərarı ilə hərəkat üzvünə 15 sutka inzibati həbs cəzası verilib. Ü.Dənizin saxlanılmasının səbəbləri ilə bağlı Xətai polisindən, eləcə də məhkəmədən bilgi almaq mümkün olmayıb.-05B-
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz