блогер Мехман Гусейнов
Mehman Hüseynov polisdə işgəncələrə məruz qaldığını bildirib
Bakı/16.11.17/Turan: Cümə axşamı Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işi üzrə məhkəmə davam edib.
Xatırladaq ki, sentyabrın 29-da Azərbaycan Ali Məhkəməsi M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və şikayəti Apellyasiya Məhkəməsinə qaytarıb.
M.Hüseynovun həbsinə onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması barədə bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.
Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.
Bu gün M.Hüseynov ifadə verərək böhtan ittihamını rədd edib. Onun sözlərinə görə, əksinə, onun özü böhtana məruz qalıb.
Bloger bildirib ki, yanvarın 9-da Bakının mərkəzində onu oğurlayıblar və 40-50 dəqiqə şəhərdə gəzdiriblər. Sonra Nəsimi polisində döyülüb, ləyaqətini alçaldan hərəkətlərə məruz qalıb. Bundan sonra polisə "təcili yardın" çağırıblar.
Blogerin sözlərinə görə, onun oğurlanması prosesi "təhlükəsiz şəhər"in videomüşahidə kamerasına düşməlidir. Bundan əlavə, ona olan fiziki təzyiqlər də Nəsimi polisinin kameralarında qeydə alınıb.
M.Hüseynov qeyd edib ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri seçildikdən və bəzi yüksək vəzifəli məmurların və deputatların dəbdəbəli villaları haqda reportajlar hazırladıqdan sonra ona qarşı təxribat törədilib.
Onun "Sancaq" bloqunun 1 milyona yaxın izləyicisi var.
Dekabrın 26-da bərbərxanadan çıxarkən naməlum bir şəxs onun çiynindən toxunaraq davaya cəlb etmək istəyib. Ancaq M.Hüseynov qaça bilib. O, polisə müraciət etsə də həmin şəxsin kim olduğunu müəyyən etməyiblər.
Ancaq ittihamçının nümayəndəsi Əlirza Əbilov bildirib kii, M.Hüseynovun həbsi onun bloger fəaliyyəti ilə bağlı deyil. O deyib ki, M.Hüseynovun bloqu fəaliyyətini davam etdirir və daha da yaxşı olub. Bu, zaldakılarda gülüş doğurub.
M.Hüseynov "şüşə qəfəs"də krossvord həll edərək Ə.Əbilova məhəl qoymadığını göstərib.
Vəkil Fuad Ağayev Nəsimi polisinin videomüşahidə kamerasındakı görüntülərə baxılmasının vacibliyini bildirib. O qeyd edib ki, əgər işgəncə yoxdursa, niyə polis kameradakı qeydləri təqdim etmir.
Hakim iddiaçının - Nəsimi polisinin rəisi Musa Musayevin məhkəməyə çağırılması və videomüşahidə kamerasındakı qeydlərə dair sorğu ilə bağlı müdafiə tərəfinin vəsatətlərinə baxmaq üçün 17 noyabr saat 15:30-dək fasilə elan edib.-06D--
-
- Söz istəyirəm
- 16 Noyabr 2017 17:34
-
- Siyasət
- 17 Noyabr 2017 10:39
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz