Афган Мухтарлы
Əfqan Muxtarlının cinayət işinə Balakən Rayon Məhkəməsində baxılacaq
Bakı//20.11.17Turan: Jurnalsit Əfqan Muxtarlının cinayət işinə Balakən Rayon Məhkəməsində (Bakıdan 419 kilometr şimal-qərb) baxılacaq. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, noyabrın 20-də Ə.Muxtarlı Şəki İstintaq Təcridxanasına köçürüləcək.
Vəkilin sözlərinə görə, məhkəmənin vaxtı hələ müəyyən edilməyib.
Gürcüstanda oturum almış Ə. Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq) maddələrilə cinayət işi açılıb.
Ə.Muxtarlı ittihamları rədd edərək həbsini siyasi sifariş adlandırıb.
Çoxsaylı beynəlxalq təşkilatlar Ə.Muxtarlının dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlarla çıxış ediblər. Jurnalistin Tbilisidən müəmmalı şəkildə yoxa çıxmasından sonra Gürcüstan hüquq- mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Bu ölkənin prezidenti də daxil olmaqla, hökumət qurumları, parlament üzvləri bəyanatlarla çıxış ediblər. Gürcüstan hüquq müdafiəçiləri və jurnalistlər Tbilisidə hüquq- mühafizə orqanlarının və hökumət qurumlarının binaları qaşısında Ə.Muxtarlının başına torba keçirilərək oğurlanmasına etiraz olaraq aksiyalar keçiriblər.-03B-
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz