Г.Байрамлы и А.Мухтарлы
G.Bayramlı və Ə.Muxtarlının işləri üzrə məhkəmə iclasları təyin edilib
Bakı/20.11.17/Turan: Jurnalist Əfqan Muxtarlının və AXCP sədr müavini Gözəl Bayramlının işləri üzrə məhkəmə iclasları noyabrın 30-na təyin edilib.
Muxtarlının işi üzrə proses noyabrın 30-da saat 10:30-da Balakən rayon məhkəməsində keçiriləcək.
Elə həmin gün saat 15:00-da Qazax rayon məhkəməsində Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.
Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalist özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.
Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq müdafiə təşkilatları Bayramlını siyasi məhbus kimi tanıyıb. -03C06--
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz