Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Balakəndə Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub

Balakəndə Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub
Cəmiyyət 


2017 Noyabr 30 ( Cümə axşamı )  14:16:19
Çap versiyası
English Русский 

Bakı/30.11.17/Turan: Noyabrın 30-da Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub. Jurnalisti məhkəmədə vəkillər Nemət Kərimli və Elçin Sadıqov müdafiə edib.

Vəkil Nemət Kərimli "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, məhkəmə baxışı dekabrın 14-də saat 10.30-da Balakən rayon Məhkəməsinə təyin edilıib.

Vəkillərin çoxsaylı vəsatətlərindən yalnız biri, jurnalistin vəkillərinin yanında oturması ilə bağlı vəsatət təmin edilib.

"Cinayət işi üzrə icraata xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosessual qanunvericiliyə zidd yolla əldə edilmiş sübutların, axtarış və götürmə ilə bağlı protokolların sübutlar siyahısından çıxarılması, Əfqan Muxtarlının xeyrinə ifadə vermiş əlavə şahidlərin məhkəməyə dəvət edilməsi, Daxili İşlər Nazirliyindən azadlığın məhdudlaşdırılması ilə bağlı başlanmış cinayət işi üzrə qərarın əldə edilərək iş materialına daxil edilməsi və Muxtarlının vəkillərinin yanında oturması ilə bağlı vəsatətlər verdik. Hakim yalnız Muxtarlının vəkillərinin yanında oturması barədə vəsatətimizi təmin etdi", deyə Kərimli qeyd edib.

Gürcüstandan oturum almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları rədd edərək həbsini siyasi sifariş adlandırıb.

Çoxsaylı bynəlxalq təşkilatlar Muxtarlının dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlarla çıxış edib. Jurnalistin Tbilisidən müəmmalı şəkildə yoxa çıxmasından sonra Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Bu ölkənin prezidenti də daxil olmaqla, hökumət qurumları, parlament üzvləri bəyanatlarla çıxış edib. Gürcüstan hüquq müdafiəçiləri və jurnalistlər Tbilisidə hüquq mühafizə orqanlarının və hökumət qurumlarının binaları qaşısında Muxtarlının başına torba keçirilərək oğurlanmasına etiraz olaraq aksiyalar keçirib. -03B-