Gözəl Bayramlının işi üzrə hazırlıq iclası
Bakı/30.11.17/Turan: Bu gün saat 17:00-da Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə hazırlıq iclası keçirilib.
İclas zamanı vəkil Elçin Sadıqov bir sıra vəsatət qaldırıb. Vəsatətlərdən biri G.Bayramlının vəkilləri ilə yanaşı əyləşməsinə icazə verilməsi ilə bağlı olub. Məhkəmə vəsatəti təmin etmək istəsə də konvoy rəisi bunun əleyhinə olub və G.Bayramlı yenə "qəfəs"də qalıb.
Həmçinin müdafiə tərəfi bəraətverici əsaslarla cinayətə xitam verilməsi, qanunsuz yollarla əldə edilmiş sübutların cinayət materiallarından çıxarılması və s. barədə vəsatət qaldırıb.
Vəkil E.Sadıqovun sözlərinə görə, hakim vəsatətlərlə bağlı qərarların elan edilməsi üçün dekabrın 1-i səhərə qədər fasilə elan edib.
G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Ona qarşı CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi qaldırılıb. G.Bayramlı hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.-06D--
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz