Mətbuat Şurasının İdarə Heyəti

Mətbuat Şurasının İdarə Heyəti

Rusiya mənbələri bildirir ki, sentyabrın 30-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri zamanı informasiya təhlükəsizliyi və xoşagəlməz saytların zərərsizləşdirilməsi məsələri müzakirə olunarkən yerli təbliqatçı özünəməxsus formada təcrübəsini bölüşüb: "Biz onları sadəcə olaraq bağlayırıq". Bu, dünya görmüş Rusiya çekistlərinin belə təəccübünə səbəb olub.

Saytların bağlanması haqqında qərarların sürətli - qanuniliyə və saytların "Dövlət sirri haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Telekommunikasiyalar haqqında" qanunları pozub-pozmamasının araşdırılması proseduruna riayət olunmadan və s. qəbul edilməsinin xarakteri özü bunda prezidentin məşhur təbliğatçı şəxsiyyəti xatırladan köməkçisinin əli olduğunu göstərir.

Amma, ən maraqlısı budur ki, saytların bloklanmasının idarə olunan sifarişçisi Mətbuat Şurasının İdarə Heyəti (MŞİH) oldu. O, əvvəlcə öz Əsasnaməsini, daha sonra isə Qanunu pozaraq, saytları bloklamaq çağırışı ilə Rabitə Nazirliyinə müraciət edib.

İdarə Heyəti onları dırnaq arası "qara siyahıya" salıb və qanunsuz olaraq reketlikdə ittiham edib. İctimaiyyətə bu saytların reket olmasının dəlili təqdim edilməyib, bunula bağlı istintaq hərəkətləri də aparılmayıb, reketlik faktını tanımaqda müstəsna hüquqa malik olan məhkəmənin qərarı belə olmayıb.

Sonrası daha da betərdir, noyabrın 19-da Mətbuat Şurası http://www.presscouncil.az/az/show.news.php?guid=d143c617-cd0b-11e7-8210-6267c8904e68 "reket fəaliyyəti" ilə əlaqədar "qara siyahıda" adı olan mətbuat orqanları və saytlar barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

MŞİ Hi rəsmi məlumatında "bu istiqamətdə məqsədyönlü tədbirlər və əldə olunan nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə hallarının qalmasından" gileylənir.

"Mətbuat Şurası bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olm uş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir.

Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir", deyə müraciətdə bildirilir.

Amma MŞİH cəmiyyətə və dövlət qurumlarına bağlanan saytların fəaliyyətinin ətraflı təhlilini, peşə-etika normalarının, KİV haqqında qanunun pozulmasını sübut edən informasiya, sitat və digər faktları və s. təqdim etməyib. Ənənəvi olaraq, "məhkəməsiz və istintaqsız", yalnız əsassız rəylər səslənib.

Qanun nə deyir?

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun internet-domenlərin və saytların dövlət sirri təşkil edən, zorakılığı və dini ekstremizmi, terrorizmi və onun maliyyələşdirilməsini təbliğ edən, milli, irqi və ya dini ədavətə və düşmənçiliyə, habelə konstitusiya dövlət quruluşunu zorla dəyişdirməyə çağıran informasiya yaymasını qadağan edir.

Odlu silah, döyüş sursatı, partlayıcı maddə, narkotik vasitə və psixotrop maddələrin hazırlanması haqqında məlumatın, pornoqrafik məzmunlu materialların, habelə təhqiredici və yalan xarakterli məlumatın, o cümlədən şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsi qadağandır.

Qanun hostinq-provayderin və internet tədarükçüsünün üzərinə qadağan edilmiş məlumat aşkar etdikdə bu barədə sayt sahibinə xəbərdarlıq etmək və onu silmək öhdəliyi qoyur. Əks halda resursa giriş məhkəmə qaydasında məhdudlaşdırılacaq, hostinq sahibləri və ya provayderlər özləri isə cəzalandırılacaq.

Qanuna əsasən, xəbərdarlıqdan sonra səkkiz saat ərzində qadağan edilmiş məlumat silinməlidir. Dövlətin və cəmiyyətin qanunla qorunan marqlarına təhlükə olduğu halda və ya insanların həyat və sağlamlığına təhlükə yarndıqda bu informasiya internet-resursa giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

İndiki halda isə bunların heç biri baş verməyib - dövlətə və cəmiyyətə qarşı təhlükə qeydə alınmayıb, ekspertiza yoxdur, qanunun maddələrinin pozulması haqqında rəsmi xəbərdarlıq yoxdur və nəhayət, məhkəmə qərarı yoxdur.

MŞİH mətbuatda münaqişə tərəflərindən birinin əməllərinin etik olub-olmadığı barədə qərar çıxara, münaqişənin həllinə yardım edə bilər, vəssəlam. Buna görə MŞ İdarə Heyətinin məhkəmə qərarı olmadan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə saytları bloklamaq çağırışı ilə müraciət etməsi qanunsuzdur, deyə KİV sahəsində ekspert Ələsgər Məmmədli qeyd edir.

Bundan başqa, böhtan və təhqir məsələsi mübahisəlidir və bu ittiham məhkəməöncəsi qaydada və ya məhkəmədə sübuta yetirilməlidir.

Mətbuat Şurasının yaradılması və tənəzzülünün tarixi haqqında

Mətbuat Şurası Avropa - Almaniya, Fransa və digər dövlətlərin təcrübəsi əsasında KİV-in ictimai özünütənzimləmə qurumu kimi yaranmışdı.

İlk dəfə olaraq Mətbuat Şurasının yaradılması zərurəti 1998-ci ilin payızında Avropa Şurası, ATƏT və Azərbaycan XİN-in təşkilatçılığı ilə Bakıda keçirilən söz azadlığına həsr olunmuş konfransda irəli sürmüşdü. Belə bir orqana ehtiyac həmin vaxt İnformasiya Nazirliyinin ləğvi və KİV-lərin keyfiyyətini, sabitliyini artırmaq və hakimiyyət və cəmiyyətlə dialoq vasitəsilə onları qorumaq zərurətindən irəli gəlmişdi.

Mətbuat Şurasının yaradılması proseduru 2003-cü il martın 15-də 130-dan artıq KİV və jurnalist təşkilatının iştirakı ilə keçirilən Təsis Qurultayında başa çatdı. MŞ-nin yaradılmasında "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, habelə bir sıra müstəqil və müxalif KİV-lərin redaktorları mühüm rol oynadı.

Qurultay Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarını qəbul etdi. Bu sənəd mətbuatın Konstitusiyası olmalı idi.

MŞ-yə bir tərəfdən özünütənzimləmə, peşəkarlıq, əxlaq səviyyəsini artırma orqanı kimi, digər tərəfdən isə məhkəməöncəsi orqan kimi baxılırdı. Əsas vəzifə KİV-ə qarşı məhkəmə təhqiqatlarına yol verməməkdən və onlarda qanuna və şəxsiyyətə qarşı hörmət aşılamaqdan ibarət idi.

İctimai dialoq qurmaq üçün Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə müstəqil, müxalif mətbuatın, hökumət mətbuatının və ictimaiyyətin nümayəndələri daxil edilmişdi.

Amma jurnalistika sahəsində sağlam qüvvələrin qurultay qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə yönəlmiş bütün cəhdləri Prezident Administrasiyasında müstəqil KİV-lərin iqtisadi bazasının zəiflədilməsi, məhkəmə təqibləri, fiziki hesablaşmalar, rüşvətlə öz tərəfinə çəkmə və şantaj vasitəsilə onların məhvi yolunu tutmuş ayrı-ayrı şəxslərin təhlükəli siyasəti səbəbindən son nəticədə uğursuzluğa düçar oldu.

Bunun nəticəsi olaraq mətbuat Prezident Administrasiyasında bir sıra şəxslərin total nəzarəti altına düşdü. KİV-in dövlət tərəfindən maliyyələşdirilməsi qeyri-leqal formada, rəsmi olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə, ən loyal jurnalistlərə pulsuz mənzillərin verilməsi ilə həyata keçirilir.

KİV-in peşəkarlıq-əxlaq səviyyəsi nəzərəçarpacaq dərəcədə deqradasiyaya uğrayıb - onlar ictimai rəyə təsirini itirib, artıq ictimai nəzarət funksiyasını yerinə yetirmir, fikir plüralizmi üçün meydan rolu oynamır.

KİV təbliğat vasitəsinə çevrilib, onun səmərəsizliyini oxucunun alternativ informasiya cəmiyyətlərinə, xarici informasiya dünyalarına üz tutması göstərir.

Bu mənada Mətbuat Şurası Azərbaycan mətbuatının xəstəliyinin və deqradasiyasının təcəssümü oldu. MŞ İdarə Heyətinin "qara siyahı", "reket" damğası kimi cəza alətlərindən istifadə etməsi faktı, müntəzəm olaraq hüquq-mühafizə orqanlarına müraciət etməsi, güc qurumlarının arxasına gizlənərək, onları qanunazidd əməllər törətməyə məcbur etmək cəhdləri özü MŞ-nin tənəzzülünün və istiqamətini dəyişdirməsinin dəlili oldu. Bu, o deməkdir ki, Mətbuat Şurası özünütənzimləmə, məhkəməöncəsi institut, birləşdirici amil funksiyasını yerinə yetirmək qabiliyyətini itirib. O, öz mahiyyətini itirib.

MŞ-nin ictimai iflici

MŞ-nin Jurnalistlərin Peşə-Etika Normaları prinsiplərindən uzaqlaşmasının məntiqi nəticəsi son 7 ildə ictimai fəaliyyətin zəifləməsi oldu.

Mətbuat Şurasının http://www.presscouncil.az/az/ saytına üz tutaq.

"Rəylər və qərarlar" hissəsi - sonuncu rəy 2010-cu il, sonuncu qərar isə 2009-cu il tarixlidir.

"Tədbirlər" hissəsi - MŞ İdarə Heyətinin sonuncu iclasının tarixi 17.06.2011, Şikayətlər üzrə komissiyasının sonuncu iclasının tarixi isə 04.11.2011-ci ildir.

"Hesabat" hissəsi - MŞ İdarə Heyətinin sonuncu hesabatının tarixi 30 dekabr 2011-ci ildir.

Gəmidə üsyan

İrəliləyən xəstəlik o həddə çatıb ki, hökumətyönlü AzToday.az saytının redaktoru Elmidar Əliyev dövlət başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda onun 90-cı illərin ortalarından Azərbaycan mətbuatını tənqid edən köməkçisi Əli Həsənovu tənqid edir.

Müraciətdə qeyd edilir ki, 2009-cu ildən etibarən KİV-in inkişafına böyük vəsait ayrılıb, amma bu sahədə "heç bir nailiyyət yoxdur və cəmiyyətdə mətbuatın nüfuzu durmadan azalır". Bu məqsədlə ayrılan dövlət vəsaiti yalnız bir qrup şəxsin zənginləşməsinə gətirib çıxarıb, deyə müraciətdə qeyd edilir. Prezidentin köməkçisi Əli Həsənov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov özləri üçün "toxunulmazlıq statusu" yaradıblar.

"Vəziyyət o həddə gəlib çatıb ki, ali hakimiyyət nümayəndələri olaraq başda Siz olmaqla bütün məmurları tənqid etmək olur, amma Əli Həsənov və onun "sevimli" kadrlarını tənqid etmək faktiki olaraq qadağan edilib. Onların yarıtmaz fəaliyyətlərini, Sizin nəcib təşəbbüslərinizə münasibətdə xəyanətkar mövqe tutmalarını tənqid etdiyimiz üçün bu il avqust ayının 18-də Baş Prokurorluq tərəfindən saytımıza əsassız qaydada xəbərdarlıq edilmişdi.

Bunun səbəbi, şübhəsiz ki, Əli Həsənovun korrupsiya maraqlarıdır", deyə redaktor iddia edir. "Məhz Əli Həsənovun uğursuz fəaliyyətinin nəticəsidir ki, onlayn media qurumlarının Azərbaycan ərazisində blok edilməsi kimi bir texnologiya işə düşüb", deyə Elmidar Əliyev qeyd edir.

Azərbaycanda bu yaxınlarda bloklanmış 14 saytın rəhbərləri də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsini, Mətbuat Şurasını və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu bunun təqsirkarı hesab edir. Bu barədə onlar Turan agentliyinə bildirir.

"Bizim rəhbərlik etdiyimiz saytların bloklanmasının səbəbi yuxarıda adı çəkilən qurumların ünvanına tənqidi məqalələrin nəşr olunmasıdır", deyə Realliq.info saytının baş redaktoru İkram Rəhimov bildirib.

Rəy yaz

Analitika

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti