AŞPA Komitəsi Azərbaycanda məhkəmələrdə nümayəndəlik sistemi ilə bağlı yenilikləri müraciət edəcək?

Bakı/11.11.17/Turan: Milli Məclisin deputatları Müslüm Məmmədov və VüsalHüseynov AŞPA-nın hüquq məsələləri komitəsinin noyabrın 12-də Parisdə keçiriləcək iclasında iştirak edəcəklər. MM-nin məlumatına görə, iclasda Vəkillik haqqında Avropa Konvensiyası, insan hüquqları sahəsində öhdəliklərə riayət olunub-olunmaması və yeni məruzəçilərin təyin edilməsi müzakirə olunacaq.

Müzakirələr Azərbaycanda vəkillik haqqında qanunvericiliyə ciddi dəyişikliklər fonunda keçiriləcək. Belə ki, oktyabrın 31-də parlament tərəfindən qanunvericiliyə qəbul edilmiş düzəlişlərə görə, faktiki olaraq məhkəmələrdə vətəndaşların vəkil olmayan şəxslər tərəfindən təmsil olunması institutu ləğv olunur. Nümayəndəlik kollegiya üzvü olan peşəkar vəkillər tərəfindən həyata keçiriləcək, ölkədə belə vəkillər hədsiz dərəcədə çatışmır.

10 mln. ölkə sakininə cəmi 934 vəkil düşür.

Yeniliklər yerli hüquq ictimaiyyəti və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidinə məruz qalıb. -06D-

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti