Тофик Зульфугаров
Keçmiş XİN başçısı Elmar Məmmədyarovu tənqid edib
Bakı/20.11.17/Turan: Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində hazırki XİN başçısı Elmar Məmmədyarovu RF XİN başçısı Sergey Lavrovun ifadələri qarşısında zəif mövqeyinə görə tənqid edib.
"Mətbuat konfransı iştirakçılarından kimsə Azərbaycanın mövqeyini təmsil etsəydi, yəqin ki, bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə riayət olunmadan Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qəbuledilməz olduğunu deməyə məcbur idi.
Maraqlıdır, Məmmədyarov Cenevrədən sonra prezidentin bir daha bəyan etdiyi mövqeyi niyə səsləndirməyib?", deyə Zülfüqarov Azərbaycan XİN başçısının Lavrovun fikirləri qarşısında susmasından narazılığını bildirib.
"Yeri gəlmişkən, Azərbaycanın gələcək diplomatları Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini itirdiyini deyən S.Lavrovdan faydalı nə eşidə bilərdilər? Azərbaycan tərəfindən səfər proqramını kim hazırlayıb və ümumiyyətlə, bu mühazirə nəyə lazım idi?", deyə sabiq nazir Lavrovun ADA universitetində anti-Qərb çıxışını şərh edərkən bildirib. -02D-
Siyasət
-
Aprelin 23-də Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Ermənistan-Azərbaycan sərhədində geodeziya ölçmələrindən və koordinatların dəqiqləşdirilməsindən sonra ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
-
Rusiyanın Cənubi Qafqazda ənənəvi maraqları var. Azərbaycanın Rusiya ilə ənənəvi qarşılıqlı faydalı münasibətləri var. "Biz qarşılıqlı əməkdaşlıq qura bildik və əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir və möhkəmlənəcək", - prezident Əliyev Beynəlxalq Forumun iştirakçıları ilə görüşdə bildirib. Bu baxımdan Azərbaycanın unikal təcrübəsi var. O qeyd edib ki, Rusiyanın ümumi dini və ümumi etnik köklərə malik bəzi qonşuları ilə münasibətlərinə baxmaq kifayətdir.
-
Nizamlanmanın baza prinsipləri qəbul olunarsa, COP29 konfransına qədər Ermənistanla sülh bağlanması mümkündür. Hər iki tərəf bundan ötrü çox çalışmalıdır. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları qarşısında çıxışında bildirib.
-
Azərbaycan və Ermənistan məsələnin həllinə heç vaxt olmadığı qədər yaxındır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
Rəy yaz