Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
AŞPA-nın Gürcüstan üzrə məruzəçiləri Əfqan Muxtarlının oğurlanmasını araşdırmağı tələb ediblər

AŞPA-nın Gürcüstan üzrə məruzəçiləri Əfqan Muxtarlının oğurlanmasını araşdırmağı tələb ediblər
Siyasət 


2017 Noyabr 29 ( Çərşənbə )  12:54:24
Çap versiyası
English Русский 

Strasburq/29.11.17/Turan: Avropa Şurasının Gürcüstan üzrə məruzəçiləri Kestrin Lundqren (İsveç) və Titus Korlatean (Rumıniya) noyabrın 20-22-də Gürcüstana baş çəkdikdən sonra bəyanat yayıblar.

Gürcüstan Konstitusiyasına dəyişikliklərə toxunan məruzəçilər ölkənin təhlükəsizlik xidmətinə daha çox tarazlaşdırılmış nəzarət sisteminə ehtiyac olduğunu qeyd ediblər.

Belə bir sistemin yaradılması zərurətini göstərən nümunə kimi məruzəçilər Gürcüstanda oğurlanmış Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işini göstərirlər. Məruzəçilər Gürcüstan Baş Prokurorluğunu bu işi tam şəkildə araşdırmağa çağırıblar.

Onlar həmçinin siyasi motivlərlə Gürcüstanda sığınacaq tapmış digər Azərbaycan vətəndaşlarının taleyinə görə də narahatlıqlarını bildiriblər. Xüsusən, məruzəçilər Muxtarlının Tbilisidə izlənməsində və oğurlanmasında Azərbaycan nümayəndələrinin iştirakı haqqında məlumatları nəzərə alaraq, onların təhlükəsizliyini təmin etmək zərurətini qeyd ediblər.

"Hakimiyyət bu hadisəni tam şəkildə araşdırmalı və vəzifəsindən asılı olmayaraq bütün təqsirkarları cəzalandırmalıdır. Gürcüstanda Azərbaycan vətəndaşlarının tam təhlükəsizliyi təmin edilməlidir", deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, Muxtarlı mayın 29-da Tbilisidə Gürcüstanın kriminal polisinin işçiləri tərəfindən oğurlanıb və sənədləri olmadan dövlət sərhədindən keçirildikdən sonra Azərbaycan tərəfə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro pul qoyublar.

Növbəti gün o, Bakıya aparılıb və sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunub. Ona qarşı 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələrlə cinayət işi açılıb.

Muxtarlı siyasi məhbus kimi tanınıb və bütün beynəlxalq hüquq müdafiə təşkilatları onun dərhal azad edilməsini tələb ediblər.

Noyabrın 30-da Balakən rayon məhkəməsində Muxtarlının işi üzrə məhkəmə prosesi başlayacaq. -16D-