Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

"Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm"
Müsahibə 


2017 Dekabr 13 ( Çərşənbə )  11:02:18
Çap versiyası
Amerikanın Səsi

"Mən Birləşmiş Ştatlara gəlmişəm ki, görüşlər keçirim - Konqresdə, Senatda və Dövlət Departamentində - Azərbaycandakı durumla bağlı, medianın vəziyyəti ilə bağlı insanları məlumatlandırım," deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibədə ABŞ-a səfərinin məqsədlərini anladır.

Avqust ayında müxtəlif növ ittihamlarla həbs edilmiş və xarici təzyiqlərin ardınca həbsdən azad edilmiş Əliyev ölkəni tərk edərkən ciddi problemlə üzləşmədiyini bildirir.

Azadlığın qiymətini, onun uğrunda mübarizənin dəyərini daha yaxşı dərk etməyə başlayırsan.

"Son 3 ildə ölkədən çıxanda məni ənənəvi şəkildə yoxlayırlar. Mən daxiləm o beş nömrəli siyahıya. Ola bilsin ona beşinci kolon deyirlər. Hər dəfə yoxlayırlar ki, özümlə nə aparıram, nə qədər pul aparıram."

Ölkədə media durumunun ağır olduğunu qeyd edən Əliyev mütəmadi qaydada media azadlıqlarına məhdudiyyətlər tətbiq edildiyini bildirir.

"Bu proses artıq neçə ildir gedir. Hakimiyyət çalışır ki, bu yolla medianı çərçivəyə salsın, özünü-senzura tətbiqini daha da gücləndirsin," Əliyev deyir.

Həbsinin onun baxışlarında hansı dəyişikliklərə yol açıb-açmaması haqda sualı cavablandırarkən Turan agentliyinin rəhbəri çox şeyin dəyişmədiyini, əksinə - müstəqil medianın üzləşdiyi problemləri "daha dərindən" dərk etdiyini, "həbsdə olan jurnalist və blogerlərin hansı əziyyətləri çəkdiklərini" daha yaxşı anladığını söyləyir.