Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Zorakılıq faktları sənədləşdirilməlidir, Kamil Səlimov

Zorakılıq faktları sənədləşdirilməlidir, Kamil Səlimov
Müsahibə 


2017 Dekabr 23 ( Şəmbə )  11:52:53
Çap versiyası
English Русский 

Bakı//23.12.17/Turan: Hüquq elmləri doktoru, professor Kamil Səlimov Turan agentliyinə müsahibəsində Azərbaycanda həbs yerlərdində liberallaşdırma tədbirləri ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyi haqqında danışıb.

- Cəzanın liberallaşdırılması və penitensiar sistemdə islahatlara baxmayaraq, Azərbaycanda ömürlük həbs edilmiş heç kim azad edilməyib. Niyə?

- Cinayət qurbanlarının qohumlarının hisslərini unutmayın. Ömürlük məhbuslar birdən çox qətlə və ya xüsusi amansızlıqla törədilmiş qətlə görə mühakimə ediliblər. Bizdə qadınları ömürlük həbsə məhkum etmirlər, Gürcüstanda isə bu da mümkündür. Bu yaxınlarda Azərbaycanda bir qadın iki uşağın qətlinə görə 15 il müddətinə həbs edilib. O, özünü intizamlı aparır, yetkinlik yaşına çatmamış övladları var, amma məhkəmənin qərarı və onun törətdiyi ağır cinayət var.

1998-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi ölüm cəzasını əvəz edən ömürlük həbs qərarını qüvvədə saxlayıb. Yəni Azərbaycanda ömürlük həbs qüvvədə qaldı. Azərbaycanda bu cür cinayətkarlar prezidentin fərmanı və ya amnistiya ilə əvf oluna bilər. 25 illik həbsdən sonra ömürlük məhbuslar xüsusi komissiyanın qərarı ilə vaxtından əvvəl azad edilə bilərlər. Amma onlar həbsdə 25 ili daxili intizam qaydalarını pozmadan keçirməlidirlər.

- Qobustan həbsxanasında qətl törətməyən keçmiş biznesmen ömürlük həbs cəzası çəkir.

- O, elə deyir. Mən bir hüquqşünas kimi məhkəmənin qüvvəyə minən hökmünü şübhə altına qoya bilmərəm. Qanunun hüdudlarından kənara çıxmaq və onun təqsirli olmadığını demək hüququm yoxdur. Həbsdə saxlanma şəraiti pisdirsə, başqa məsələ - onda bir hüquq müdafiəçisi kimi onun cəza çəkdiyi şəraitlə bağlı məsələni qaldıra bilərəm.

- İstintaq altında olanlar, məhkumlar və ya şübhəli şəxslər dəfələrlə onlara qarşı işgəncə törədildiyini bildirib, hətta bu barədə məhkəmələrdə də bildirirlər. Hakim istintaq altında olan şəxsə özünü "kişi kimi" aparmağı təklif edir. Bloger Mehman Hüseynov polis idarəsində işgəncəyə məruz qaldığını bəyan etmişdi. Amma işgəncə haqqında bəyanatlar diqqətə alınmır. Ombudsman aparatı həbsxanalardan gələn müraciətlərə təcili reaksiya verir və işgəncə faktı aşkarlamır. Bu, sadəcə döyülmə deyil, psixoloji zorakılıq, qohumlarını cəzalandırmaq hədələri də ola bilər. Bəs islahat nədən ibarətdir?

- Çox şey şəraitdən asılıdır. Cinayətin araşdırılmasında ilk andan vəkil iştirak edir. Məhkum polis idarəsindən istintaq təcridxanasına və oradan penitensiar müəssisəyə köçürülərkən onu mütləq yoxlayırlar, həkimlər müayinə edirlər. Bədəndə aşkar edilmiş xəsarətə, işgəncə izinə məhəl qoyulmaması və bunun aktda qeyd edilməməsi mümkün deyil. Fiziki zorakılıq faktı üzə çıxarılır. Ombudsmanın təqdimatı əsasında polis və penitensiar müəssisə işçiləri işdən azad edilir.

Həbs yerlərində insan hüquqları pozulubsa, vəkilə müraciət etmək, onunla müqavilə bağlamaq, yuxarı instansiyaya şikayət hazırlamaq lazımdır. İstintaq təcridxanalarımızda, cəzaçəkmə müəssisələrimizdə və həbsxanalarımızda döyülmə hallarının olduğunu istisna etmirəm, amma bu halları sənədləşdirmək, şəxs istintaq təcridxanasındadırsa şəxsi kartına daxil etmək lazımdır. Döyülmə ilə bağlı şikayətlərə peşəkarca yanaşmaq, müvafiq qurumlara müraciət etmək lazımdır. Azadlıqdan məhrumetmə yerlərində cinayət törədən insanların saxlanıldığını unutmayaq.

Hüquq müdafiəçiləri tərəfindən maarifləndirmə metodu ilə də bu cür hallara qarşı mübarizə aparılır. Biz həbsdə saxlama qaydaları haqqında idarə aktlarının, qanunvericilik sənədlərinin toplandığı kitabları yayırıq. Azərbaycanda həbs yerlərinə ictimai nəzarətin səmərəliliyinin artırılmasını istəyirik.