ABŞ səfirliyi və tərəfdaşları plastik butulkalardan yeni il ağacı qurublar

Bakı/06.12.17/Turan: ABŞ səfirliyi və onun tərəfdaşları olan Beynəlxalq Rotari Club Bakı, Xəzər Rotari Klubu, Eko Bakı, Saritanın Ekoloji Yaradıcılığı, Azərbaycanda Amerika Ticarət Palatası, Avritel, Holiday Inn və IDEA dekabrın 5-də Park Bulvar Alış-Veriş Mərkəzində "yenidən istifadə"ni rəmzləşdirərək istifadə olunmuş plastik butulkalardan bayram ağacı ucaldıblar. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Qeyd olunur plastik ağac təkrar emala və plastik istehlaka dair məlumatlılığı artıracaq.

"Yenidən istifadə" atılan obyektlərdən və ya materiallardan orijinaldan daha yüksək keyfiyyət və ya dəyərdə məhsul yaratmaq üçün yenidən istifadəni ehtiva edir. Ağac dekabrın 10-da Rotari klublarının Qış bazarına qədər və tədbir müddətində nümayiş olunacaq".

Beynəlxalq Rotari Klubun Bakıdakı nümayəndəliyinin prezidenti Vassilios Sitaras deyib: "Biz ABŞ səfirliyi və digər tərəfdaşlarla birgə plastik butulkalardan istifadə edərək bayram ağacını qurmaqdan məmnunuq. Nəzərə alsaq ki, bu təşəbbüs builki Qış bazarının mövzusu ilə üst-üstə düşür, bu tədbirin daha çox insanı planetimizə kömək edən fəaliyyətlərə cəlb edəcəyinə ümid edirik", -o vurğulayıb.

2015-ci ildə dünyada 322 milyon tondan çox plastik istehlak edilib və bu rəqəm hər il artır.

"Bu, ətraf mühit üçün əsas təhlükədir. Plastikdən istifadəni azaltmaq, onlardan təkrar istifadə etmək və onları təkrar emal etməklə böyük nəticəyə nail olmaq olar", -səfirlik bildirir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyi 2016-cı ildə də 500-dən çox plastik butulkadan 3 metr yüksəklikdə yeni il ağacı qurmuşdu. -03D-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti