�Nardaran-3� işi üzrə hökm oxunub
Bakı/06.12.17/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-3" üzrə prosesdə 12 müttəhimin barəsində hökm oxunub.
Həmin şəxslər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar. Hadisələrlə bağlı "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrup həbs olunub.
Həbs olunanlar T.Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlara qarşı CM-in 10 maddəsi ilə ittiham irəli sürülüb: terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək v. s.
Müttəhimlər özlərini günahkar saymayaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübariz İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar.
Bu gün məhkəmə ilahiyyatçı Zülfüqar Mikayılovu 17 il azadlıqdan məhrum edib. Ruzi İsmayılov və Cabir Əliyev hər biri 16 il, Ramil Seyfullayev, Mübariz İbrahimov 15 il, Elxan Həsənov 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov 12 il 3 ay azadlıqdan məhrum ediliblər. -06D--
-
- İqtisadiyyat
- 6 Dekabr 2017 13:26
-
- Siyasət
- 6 Dekabr 2017 13:41
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz