�Azadlıq� qəzeti haqqında məhkəmə qərarı qüvvədə qaldı
Bakı/06.12.17/Turan: Bakı Apellyasiya Məhkəməsi Şirin Abdullayev "Azadlıq" qəzetinə qarşı işi üzrə hər iki tərəfin şikayətini rədd edib.
Redaksiya əməkdaşlarının verdiyi məlumata görə, məhkəmə işi azadliq.info saytında dərc edilmiş "Jurnalistin üzünə duran "bandotdel" rəisinin dostu imiş" başlıqlı yazı ilə bağlıdır. Həmin yazı Fikrət Fərəməzoğlunun məhkəmə prosesindən hazırlanıb.
İş üzrə şahidlərdən biri - Şirin Abdullayev həmin məqalədə nüfuzunun aşağılandığını iddia edir. İddiaya ilkin mərhələdə Yasamal rayon Məhkəməsində baxılmışdı. Məhkəmə iddianı qismət təmin etmiş, qəzetin üzərinə adıçəkilən məqalədədəki fikirləri təkzib etmək vəzifəsi qoymuşdu.
Hər iki tərəf qərardan şikayət verib. "Azadlıq" qəzeti iddianın ümumiyyətlə rədd edilməsini, iddiaçı isə qəzetin ona maddi və mənəvi təzminat olaraq 10 min manat ödəməsini tələb edib.
Apellyasiya şikayətlərinə İsmayıl Vəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxıb. Məhkəmə hesab edib ki, Yasamal rayon Məhkəməsinin qərarı ədalətli olub. Şikayətlər rədd edilib.
"Azadlıq" qəzetindən bildiriblər ki, qərarla razı deyillər. Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Sözügedən iddia üzrə məhkəmə çəkişməsi yayda başlayıb. Yasamal Rayon Məhkəməsi avqustun 23-də iddianı qismən təmin edib.
"Azadlıq" qəzeti ötən ildən çapını dayandırıb. Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə gedib.
"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli isə həbs olunub. Ötən il avqustun 20-də saxlanılan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. O, məhkəmənin qərarı ilə 3 il 3 ay həbs cəzası alıb.
Bu ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə qəzetin azadliq.info ünvanındakı saytını da bloklamaq barədə qərar çıxarıb. -0-
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 202
Rəy yaz