Dağlarda qar örtüyünün hündürlüyü 20 sm.-dir

Bakı/07.12.17/Turan: Dekabrın 6-ı axşamdan başlayaraq Azərbaycanın şimal rayonlarında güclü qar yağıb. Ən çox qar Quba rayonunda yağıb. Xınaqlıqda (2300 m.) qar örtüyünün hündürlüyü 30 sm.olub. Qonşu Qırız kəndində 20 sm.-dir. Qusarın Ləzə kəndində də qar örtüyünün hündürlüyü 20 sm. olub.

Ölkənin cənubunda Talış dağlarında da qar yağıb. Lerik və Yardımlıda qar örtüyünün hündürlüyü 15-20 sm. olub.-02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti