Anar Bağırov Vəkillər Kollegiyasının yeni rəhbəridir

Bakı/07.12.17/Turan: Bu gün Vəkillər Kollegiyasının konfransında Anar Bağırov (1976-cı ildə anadan olub) bu orqanın sədri seçilib.

Bu, gözlənilən idi. Çünki əvvəlki sədr Azər Tağıyevin istefasından sonra A.Bağırov KİV-də hakimiyyətin hüquq siyasətini dəstəkləyən bəyanatla çıxış edib.

Belə ki, o, məhkəmələrdə vətəndaşların nümayəndəlik institutunun məhdudlaşdırılmasına yönələn düzəlişləri dəstəkləyib.

Bundan əlavə, A.Bağırov siyasi məhbusların hüquqlarını müdafiə edən tanınmış vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasının tərəfdarlarından biri olub.

Vəkillər Kollegiyası formal olaraq müstəqil qurum sayılır. Ancaq praktikada hakimiyyət tərəfindən nəzarət olunur və hakimiyyətin opponentlərinin hüquqlarını müdafiə edənləri öz sıralarından sıxışdırır.

Belə ki, son illər tanınmış vəkillər Xalid Bağırov, Elçin Namazov, Əlaif Həsənov, Aslan İsmayılov bundan öncə isə Namizəd Səfərov Vəkillər Kollegiyasından xaric ediliblər.-06B--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti