Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni tərkibi
Bakı/07.12.17/Turan: Dekabrın 7-də Vəkillər Kollegiyasının konfransında bu orqanın rəhbər heyəti formalaşıb. Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vüqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov və Elçin Qəmbərov Rəyasət Heyətinin üzvləri seçiliblər.
A.Axundov və P.Ələkbərov Rəyasət Heyəti sədrinin müavinləri seçiliblər. Yeni tərkibdə fəal ictimai mövqeyi ilə seçilən, həbsdə olan fəalları və jurnalistləri müdafiə edən vəkillər yoxdur.
E.Qəmbərov istisna təşkil edir. Belə ki, o, əvvəllər müdafiə etdiyi Leyla Yunusun şəxsi məktublarını dərc etməklə tanınır.
Tanınmış vəkil İradə Cavadova Rəyasət Heyətinin yeni tərkibinə daxil edilməyib. O, Rəyasət Heyətinin yeganə üzvüdür ki, vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması ilə razılaşmayıb. 06D--
-
- İqtisadiyyat
- 7 Dekabr 2017 13:06
-
- Cəmiyyət
- 7 Dekabr 2017 13:27
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz