Salyanda törədilmiş kütləvi qətlin motivləri məlum deyil

Bakı/07.12.17/Turan: 2014-cü ildə Salyan rayonunda törədilmiş kütləvi qətlin üstü üç ildən sonra açılıb.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, Mehparə Əliyeva və onun dörd qızının öz evlərində qəsdən öldürülməsi haqda rayon prokurorluğuna məlumat daxil olub

Evin zirzəmisinə baxış zamanı onların cəsədləri aşkar edilib.

Müəyyən edilib ki, bunlar üç il öncə itkin düşmüş Mehparə Əliyeva və onun qızları Rəqibə, Sevda, İradə və Ümidədir.

Onları M.Əliyevanın əri Fərhad Əliyevin (1954-cü ildə anadan olub) öldürərək evin həyətində basdırdığı məlum olub. Bu işdə ona oğlu Fəqan (1989-cu il) kömək edib.

Fakt üzrə CM-in 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb, rəsmi məlumatda deyilir.

Ancaq qeyri-rəsmi məlumatlara görə, F.Əliyev özü polisə gedərək qətl törətdiyini etiraf edib. Cinayətin motivləri hələlik məlum deyil.06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti