Афлатун Амашев

Афлатун Амашев

Bakı/07.12.17/Turan: "Jurnalistlərin təhqir olunması və digər məsələlər, bunların hamısı kifayət qədər ciddi məsələlərdir", - Mətbuat Şurası İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bəzi xəbər saytlarının bloklanması məsələsini şərh edərkən deyib. O qeyd edib ki, "ictimai fikrə təsir göstərən və jurnalistika missiyasını öz öhdəsinə götürən heç bir sayt sayt bloklana bilməz və bloklanmayıb". Eyni zamanda saytların bloklanması ancaq məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Ə.Amaşovun sözlərinə görə, vətəndaşlar şəxsi həyata müdaxilə və digər pozuntularla bağlı Mətbuat Şurasına mütəmadi olaraq müraciət edirlər.

Ayrı- ayrı şəxslər, qruplar özlərinin rəqibləri ilə mübarizədə mediadan istifadə edirlər. Ailə məsələlərinə müdaxilə edərək yalnış, alçaldıcı məlumatlar yayırlar.

Eyni zamanda o, belə pozuntularla bağlı konkret faktlar göstərməyib, hansı saytları nəzərdə tutduğunu deməyib.

Xatırladaq ki, bu il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə müxalifətyönlü İnternet-resursa girişi bloklayıb: azadliq.info ("Azadlıq" qəzeti), azadliq.org ("Azadlıq" radiosu), azerbaycansaati.com, Meydan.tv, həmçinin "Azərbaycan saatı" və Turan TV videokanalları.

Nazirlik məhkəməyə müraciət edərək həmin saytları "cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda", əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.

Saytların nümayəndələri ittihamları qəbul etməyiblər. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə, məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.

Bununla belə, mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib.

Bu ilin iyun ayında "Azadlıq" radiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini son üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.-16d-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti