Gözəl Bayramlı ona qarşı cinayət işinin siyasi xarakterli olduğunu bildirir

Bakı/14.12.17/Turan: Çərşənbə günü Qazax Rayon Məhkəməsində Ağarza Səmədovun sədrliyilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının işi üzrə məhkəmə istintaqı başlayıb.

G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb. O, hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

İclasın əvvəlində prokuror Vasif Səlimov ittihamnaməni oxuyub. Sənəddə bildirilir ki, G.Bayramlı sərhəddən bəyan edilməmiş 12 min ABŞ dollarını keçirmək istəyib.

Hakim G.Bayramlıdan ittihamı qəbul edib-etmədiyini soruşub. G.Bayramlı deyib: "Özümü qətiyyən günahkar hesab etmirəm. Bu həbs birmənalı olaraq mənim siyasi fəaliyyətimlə, o cümlədən AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmağımla əlaqədardır. Mən korrupsiya əməllərinə görə hakimiyyəti ardıcıl tənqid etdiyim üçün həbs olunmuşam", - G.Bayramlı bildirib.

O deyib ki, son illər tibbi müayinə və müalicə məqsədilə tez-tez Gürcüstana gedib, orada əməliyyat olunub.

"Mən həbs olunacağımı əvvəlcədən bilirdim. Hələ 2016-cı ilin oktyabrında məni "bandotdel"ə (DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) çağırdılar və hədə-qorxu gələrək xəbərdarlıq etdilər ki, müxalifətyönlü fəaliyyətimə görə həbs oluna bilərəm", - G.Bayramlı qeyd edib.

Sonra o deyib ki, şahidlərin ifadələri dinlənilməyənə qədər ifadə verməkdən imtina edir.

Vəkil Elçin Sadıqov diqqəti ona yönəldib ki, G.Bayramlı saxlandıqdan dərhal sonra Dövlət Sərhəd Xidməti bəyanatla çıxış edərək onu "cinayət törətmiş şəxs" kimi təqdim edib ki, bu da müttəhimin təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

E.Sadıqov sözügedən bəyanatın cinayət işi materiallarına əlavə edilməsi barədə vəsatət qaldırıb.

Hakim vəsatəti təmin edərək bildirib ki, bəyanat sənədlərin araşdırılması mərhələsində öyrəniləcək.

Sonra prosesdə şahid ifadələri dinlənilib. Gömrük əməkdaşları ittiham versiyasını təsdiqləyiblər.

Lakin G.Bayramlının yol yoldaşı Almaz Rəhimova danışıb ki, sərhəd nəzarətində onları 15 dəqiqəyə yaxın saxlayıblar, səbəb kimi guya kompüterlərin "işləməməsini" göstəriblər. Sonra onları bir-bir yoxlayıblar. A.Rəhimovanı buraxıblar, G.Bayramlı saxlanılıb.

Müdafiə tərəfinin məlumatına görə, A.Rəhimova bildirib ki, G.Bayramlını sərhədçilər o, hələ gömrük nəzarətini keçməzdən öncə saxlayıblar. Bu, guya gömrükçülərin G.Bayramlıdan şübhələnməsi və buna görə onun yükünün rentgen aparatından keçirilməsi ilə bağlı istintaqın versiyasını inkar edir.

Məhkəmə iclası dekabrın 26-da davam edəcək.-06D--

Rəy yaz

Cəmiyyət

Azərbaycanlılar niyə xoşbəxt deyillər? – Samirə Qasımlı Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti