Афган Мухтарлы
Muxtarlının işi üzrə növbəti iclas dekabrın 28-nə təyin edilib (yenilənib)
Fasilədən sonra şahid ifadələrinin dinlənilməsi davam edib.
Onların bəziləri məhkəməyə gəlməyib. Buna görə onların ifadələri 28 dekabr saat 10.30-a təyin edilmiş növbəti iclasa qədər təxirə salınıb. -0-
* * *
2017 Dekabr 14 (Cümə axşamı) 17:00:28
Əfqan Muxtarlının işi üzrə prosesdə
Bakı/14.12.17/Turan: Bu gün Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə istintaqı başlayıb.
Xatırladaq ki, Gürcüstanda oturma izni alan jurnalist Ə.Muxtarlı mayın 29-da Tbilisinin mərkəzində oğurlanaraq Azərbaycana gətirilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis işçiləri Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə ediblər.
Sərhəddən keçərkən onun cibinə 10 min avro qoyublar və qaçaqmalçılıqda ittiham ediblər.
Ertəsi gün Ə.Muxtarlı Bakıya gətirilib. Məhkəmə onu CM-in üç maddəsi ilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).
Vəkil Nemət Kərimli Turan-a bildirib ki, məhkəmə iclasında ittiham aktı elan olunub. Ə.Muxtarlı ittihamı rədd edərək bildirib Tbilisidən oğurlanaraq gizli şəkildə sərhəddən keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
Sonra şahidlərin - güc qurumları əməkdaşlarının ifadələri dinlənilib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi bildirib ki, şahidlərin bir-birinin ifadələrini dinləmək imkanları var. Ən azı, iki şahid sərhəd idarəsi nümayəndəsini dinləyib.
Müdafiə tərəfinin tələbilə şahidlərdən biri siyahıdan çıxarılıb.
Proses davam edir. Vətəndaş cəmiyyətinin və ABŞ səfirliyinin nümayəndələri prosesi izləyirlər.
Ə.Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Onun həmkarları əmindir ki, jurnalist Azərbaycan hakimiyyətinin ali eşelonlarında korrupsiya haqqında tənqidi yazılarına görə təqib olunur.-03B06-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 17:42
- 320
-
- Kənd təsərrüfatı,
- 13:01
- 350
Rəy yaz