Nail Allahverdiyev
Baş nazirin müavininin nəvəsi 6 il həbsə məhkum edilib
Bakı/18.12.17/Turan: Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevə hökm oxunub. Allahverdiyev 6 il həbsə məhkum edilib.
Dövlət ittihamçısı Nail Allahverdiyevə 7 il həbs istəyib.
Nail Allahverdiyev bu il avqustun 3-də idarə etdiyi avtomobillə qəza törədib. Onun idarə etdiyi "Mercedes-Gelandewagen" avtomobili yolu keçən piyadalar Vaqif Əsədovu və Türkiyə vətəndaşı olan daha iki nəfəri vurub, sonra avtomobil "VAZ 21015" markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən "Mercedes-Gelandewagen" yanıb. Qəza nəticəsində piyada V.Əsədov və "Mercedes-Gelandewagen"nin sərnişini 31 yaşlı M.Əliyev dünyasını dəyişib.
N.Allahverdiyev Cinayət Məcəlləsinin 263.3 maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunur. -03B-
-
- İqtisadiyyat
- 18 Dekabr 2017 13:49
Cəmiyyət
-
Bazar günü, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
-
Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir “GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.
Rəy yaz