Apellyasiya Məhkəməsi bloger Namiq Sadıqlını həbsdə saxlayıb

Bakı/20.12.17/Turan: Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bloger Namiq Sadıqlının şikayətini təmin etməyib, onun inzibati qaydada 30 gün müddətinə həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.

O, noyabrın 30-da saxlanılıb. Dekabrın 1-də məhkəmənin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis nümayəndəsinin qanuni tələblərinə tabe olmama) maddəsi ilə 30 gün müddətinə həbs edilib.

Sadıqlının həbsindən verdiyi apellyasiya şikayətinə baxılması əsassız və qanunsuz olaraq 12 gün uzadılıb, bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.

Yalnız dekabrın 18-də vəkilin ombudsmana müraciətindən sonra növbəti gün Bakı Apellyasiya Məhkəməsi şikayətə baxıb.

Bu zaman prosesin uzadılması şikayətin birinci instansiya məhkəməsindən dekabrın 19-da daxil olması ilə əsaslandırılıb.

Onun sözlərinə görə, təhqiqat formal xarakterli olub.

"Biz bir sıra vəsatətlər qaldırdıq. Xüsusən, əlavə şahidlərin dindirilməsini, Sadıqlının kirayə mənzil tutduğu binanın videomüşahidə kameralarına baxılmasını xahiş etdik. Polis onun özünü "şübhəli apardığını, sənədlərini tələb etdikdə isə tabe olmadığını" iddia edir. Amma belə bir şeyin olmadığını təsdiq edə biləcək şahidlər var. Əslində polis əməkdaşları bina komendantından Sadıqlının yanına çıxıb aşağı enməsini istəməyi tələb ediblər, əks halda onu ailə üzvlərinin gözü qarşısında birbaşa evindən götürəcəklərini deyiblər. Amma məhkəmə əlavə şahidlərin dindirilməsindən imtina edib", deyə vəkil bildirib.

Müdafiə tərəfi apellyasiya şikayətində həmçinin blogerin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulması məsələsini qaldırıb. Amma məhkəmə vəsatəti və şikayətin özünü təmin etməyib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacaq. -06D-

Rəy yaz

Cəmiyyət

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti