Bakıda mənzildə baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb

Bakı/23.12.17/Turan: Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasında partlayış baş verib. Bu haqda Fövqladə Hallar Nazrliyinin məlumatında deyilir.

Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsindəki mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində baş verib.

Partlayış nəticəsində mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Ev sahibi, Musayev Fərhad Musayev xəsarət alıb. Ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini təxliyə edilib, yanğın baş verməyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti