Qadinlarin iqtisadi səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa

Bakı/24.12.17/Turan: Dekabrın 22-də Mingəçevir şəhərində maraqlı tərəflərin iştirakı ilə "Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi "Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması" proqramı ​çərçivəsində təşkil edilib.

Tədbirin məqsədi qadınların səlahiyyətləndirilməsi üzrə maraqlı tərəflərin - dövlət qurumlarının, özəl sektorun, vətəndaş cəmiyyətinin və bələdiyyələrin rolu və vəzifələri barədə müzakirələr aparmaq və onların işinin koordinasiyasını təşkil etmək olub. Tədbirdə Mingəçevir, Gəncə, Şəki, Oğuz, Yevlax, Ağdam, Tərtər, Balakən rayonlarından dövlət, özəl və ictimai sektoru təmsil edən 24 iştirakçı qatılıb.

Proqrama daxil olan "Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi" layihəsi üzrə BMT-nin baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə çərçivəsndə görülən işlər barədə məlumat verib. Maraqlı tərəflərin görüşünün qadınların səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama və bərabərlik hüququnun təşviq və təmin edilməsində mövcud problemlər və onların mümükün həlli yollarının tapılmasında vətəndaş cəmiyyəti və maraqlı tərəflərin səmərəli əməkdaşlıq imkanlarının müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. "Qolobal Gender Fərqi İndeksi ürə Azərbaycanın reytinqinin 142 ölkə üzrə 98, qadınların sağlamlıq və uzunömürlülük sub-indeksi üzrə 142, siyasi səlahiyyətləndirmə sub-indeksi üzrə isə 131-ci yerdə qərarlaşması ürəkaçan göstərici deyil"- Fuad Həsənov bildirib.

Gender üzrə ekspert Gülnaz Ələsgərova "Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində" təqdimat edib. O çıxışında ayri seçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyi, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntıları iştirakçıların diqqətinə çatdırıb. G.Ələsgərova həmçinin qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin tətbiqinin əleyhinə olduğunu bildirib. Eksper tərəfindən müzakirə iştirakçılarının sessiya üzrə suallarına birgə cavablar axtarılıb, rəy və təklifləri dinlənilib.

BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi sahəsindəki ümumi vəziyyət barədə məlumat verib. O, biznes prosesinin mərhələləri, qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçılaın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, maliyyə müstəqilliyin əsas təminatçısı olan qadın sahibkarlığı son illər inkişaf etsə də hələki kişilərlə rəqabət aparmaq iqtidarında deyil. Sahibkarlıqda kişilərin hökmranlığı qalmaqdadır və hazırda kişi sahibkarların sayı qadın sahibkarlardan 4 dəfəyədək çoxdur. Qadın fərdi sahibkarın ümumi sahibkarlarda payı 21%-dir. Ancaq 2015-ci illə müqayisədə qadın fərdi sahibkarların payında artım müşahidə edilir. Sevindirici haldır ki, bu artım əsasən regionların hesabına baş verir.

Sonda qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi istiqamətində maraqlı tərəflərin maraqlarının nəzərə alınması və onlarının rolunun artırılması yolları barədə müzakirələr aparılıb. Ağdam məktəbinin müəlliməsi, Mingeçevirdə məskunlaşan Mehparə Quliyeva əsas diqqəti erkən nikahın fəsadlarına, ailədaxili şiddətlərə yönəldib. Yevlax rayonunda icma sədri Soniya Ridvanova neqativ halların aradan qaldırılmasında ictimai qınağın, ailədaxili qarşılıqlı anlaşmanın vacibliyini qeyd edib. Regiondan olan bələdiyyə nümayəndələri müzakirə edilən problemlərin həllində yardımçı ola bilmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılması və imkan və resurslarının şaxəşələndirilməsinin zəruriliyini urğulayıblar.

Müzakirələrin sonunda respublikada fəaliyyət göstərən mərkəzi və regional qadın krizis mərkəzlərinin ünvan və əlaqə formaları iştirakçılara paylanıb.

Sonda maraqı tərəflər tərəfindən səsləndirilən rəy və təkliflərin sistemləşdirilərək gələcəkdə müvafiq qurumlara göndərilməsi qərara alınıb. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti