Fəhlə bədbəxt hadisə nəticəsində həlak olub
Bakı/25.12.17/Turan: Sumqayıt "Azərkimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki quraşdırma sahəsinin işçisi Əlövsət Məmmədov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Digər işçi Toğrul Əzizli isə xəsarət alıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir. Hadisə Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri zamanı baş verib. Avtosəbətdə çalışan işçilər avtosəbətin oxunun sınması nəticəsində hündürlükdən yerə düşüblər. Həkimlərin səylərinə baxmayaraq, Ə.Məmmədovu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
-
- Maliyyə
- 25 Dekabr 2017 11:08
-
- İqtisadiyyat
- 25 Dekabr 2017 12:04
Cəmiyyət
-
Aprelin 18-də Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
-
Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılma prosesi başlayıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 17-də bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib: "Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
-
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
-
Azərbaycanın yaşıl mənzərələrlə əhatə olunmuş Şəki şəhərində keçmişlə bağlı xatirələri saxlayan tarixi qala yerləşir. Ancaq son açıqlamalar onun qədim daşlarına qaranlıq kölgə salıb, qalanın sakit fasadının arxasında gizlənmiş narahatverici zorakılıq və zülm tarixçəsini ortaya qoyub.
Rəy yaz