Türkiyədə baş vermiş avtobus qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar
Bakı /25.12.17/Turan: Bu gün səhər saat 9:00-da Türkiyənin Qars şəhərinin yaxınlığında baş vermiş qəza nəticəsində 30-dan çox adam xəsarət alıb. Onların çoxu Naxçıvan Muxtar Respublikasının sakinləridir. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti bildirib.
Mənbənin məlumatına görə, "İğdır Turizm" şirkətinə məxsus sərnişin avtobusu İstanbuldan Azərbaycana gəlirmiş. İlkin məlumata görə, sürücü idarəetməni itirib. Yaralılar yerli xəstəxanalara yerləşdirilib. Araşdırma aparılır.
Rəsmi Bakı baş verənlərlə bağlı hələlik şərh verməyib.-16D-
-
- İqtisadiyyat
- 25 Dekabr 2017 12:15
-
- İqtisadiyyat
- 25 Dekabr 2017 12:51
Cəmiyyət
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda dövlət sərhədini pozan İrana məxsus qayığı saxlayıb, bu barədə bu qurumun 22 aprel tarixli məlumatında deyilir.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir. Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Turan-a bildiriblər.
Rəy yaz