Keçmiş müdafiə naziri saxlanılıb

Bakı/25.12.17/Turan: Azərbaycanın keçmiş mudafiyə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev Turana bildirib.

"Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. İndi 17-ci Polis Bölməsinin qarşısındayam. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər", o qeyd edib.

Rahab Qazıyev qardaşı Rəhim Qazıyevin saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmədiyini bildirib.

Hazırda Rahab Qazıyevlə birgə bir qrup hüquq müdafiəçisi də polis bölməsinin qarşısında gözləyir.

Hüquq müdafiəçiləri Rəhim Qazıyevin saxlanılmasının onun Kanal 13 İnternet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyev və onun atası mərhun prezident Heydər Əliyevin ünvanına işlətdiyi kəskin tənqidlərdən bir gün sonraya təsadüf etdiyini bildfirir.

Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.-0-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti