Тале Багирзаде

Тале Багирзаде

Bakı/26.12.17/Turan: Ədliyyə Nazirliyinin İstintaq İdarəsində "Müsəlman Birliyi" Hərəkatının sədri, Qobustan qapalı həbsxanasında cəza çəkən Taleh Bağırovun barəsində Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsilə cinayət işi başlanıb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, T.Bağırov cinayət işini aparan müstəntiqin vasitəsilə onunla əlaqə saxlayıb və vəkili olmasını xahiş edib.

"Müstəntiq mənə zəng edib bildirdi ki, Taleh Bağırovun barəsində cinayət işi başlanıb. Ona dövlət vəkili təyin edilib və Bağırov dövlət vəkilindən imtina edib. O, mənim onun hüquqlarını müdafiə etməyimi istəyib. Mən artıq müqavilə bağlamışam, dekabrın 27-də müstəntiqlə birgə onunla görüşəcəm", - C.Cavadov qeyd edib.

Vəkil həmçinin cinayət işinin mahiyyəti ilə bağlı məlumatsız olduğunu deyib. "Sabah Taleh Bağırovla görüşümdən sonra cinayət işinin başlanmasının mahiyyəti ilə bağli məlumat verəcəm", - vəkil bildirib.

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.-03B-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti