Müxalifətçini vaxtından əvvəl azad etməkdən yenə imtina etdilər
Bakı/04.12.17/Turan: Çərşənbə axşamı 16 saylı cəzaçəkmə müəssisəsində Suraxanı rayon məhkəməsinin səyyar iclasında Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib, bu barədə onun doğmaları bildirib.
Hakim Elçin Ağayev hesab edib ki, Məmməd İbrahim "islah olmayıb və cəzaçəkmə müəssisəsinin intizam qaydalarına riayət etmir".
Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib, şikayəti Mikayıl Quliyev - keçmiş AXCP üzvü verib. Sonradan bu maddə 221.2.2-ci (xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.
Nərimanov rayon məhkəməsi martın 15-də İbrahimi təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Cəzasının 1/3-ni çəkməsi ilə əlaqədar İbrahim artıq cəzasının yüngülləşdirilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Amma 25 noyabr 2016-cı il tarixində Suraxanı rayon məhkəməsi vəsatəti təmin etməyib.
Hüquq müdafiə təşkilatları İbrahimi siyasi məhbus kimi tanıyıblar. -06B -
-
- Cəmiyyət
- 26 Dekabr 2017 16:16
Cəmiyyət
-
Bazar günü, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Rəy yaz