Gözəl Bayramlının məhkəməsi davam etdirilib
Bakı/26.12.17/Turan: Dekabrın 26-da Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının işi üzrə məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam etdirilib.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasından bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanlarının əməkdaşlarının özləri onun əşyaları arasına atıb və həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.
Bu gün keçirilən məhkəmə iclasında şahid Həsən Mahmudov dindirilib. O bildirib ki, pulun aşkar olunmasını görməyib.
"Şahid bildirdi ki, Gözəl Bayramlını gördüyü ərazi Dövlət Gömrük Xidmətinin xidmət apardığı ərazi olub. O, cinayət işinin hansı səbəbdən Dövlət Sərhəd Xidməti tərəfindən aparıldığı barədə suala cavab verə bilməyib", deyə vəkil "Amerikanın Səsi"nə bildirib.
Digər şahid, Dövlət Sərhəd Xidmətinin təhqiqatçısı məhkəməyə gəlmədiyindən növbəti məhkəmə iclası yanvarın 4-nə təyin edilib.
Məhkəmə iclasında iştirak etmək üçün Bakıdan və digər regionlardan AXCP və Milli Şuranın fəalları Qazax rayonuna gedib. Lakin məhkəmə kiçik zalda keçirildiyindən və zalda əvvəlcədən Gözəl Bayramlının özünə tanış olmayan adamlar oturduğundan, insanların çoxu açıq havada gözləməli olub. -03B-
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 274
Rəy yaz