Рагим Газиев
Rəhim Qazıyev 10 gün müddətinə həbs edilib (yenilənib)
Bakı/26.12.17/Turan: Dünən saxlanılmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev bu gün 10 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Qazıyev qohumlarından və vəkillərindən gizli mühakimə olunub.
Məhbusun qardaşı Rahab Qazıyevin Turan-a verdiyi məlumata görə, məhkəmənin keçirilməsi və sabiq nazirə 10 günlük həbs cəzasının təyin edilməsi haqqında ona iş gününün sonunda Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsindən bildiriblər. Amma polis Rəhim Qazıyevin hansı pozuntuda ittiham olunduğunu açıqlamayıb.
Jurnalist və hüquq müdafiəçisi Əvəz Zeynallı hesab edir ki, Rəhim Qazıyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaqşının qanuni tələblərinə tabe olmama) maddəsi ilə mühakimə edilib.
Bu gün ərzində bölmədən Qazıyevin bu müssəsisədə olduğun inkar ediblər. Onun saxlanıldığı yer haqqında vəkil Zibeydə Sadıqovaya da heç bir məlumat vermirdilər.
Rəhim Qazıyev bazar ertəsi günorta metronun "Nərimanov" stansiyası qarşısındakı parkda saxlanılıb.
Yerli hüquq müdafiəçiləri hesab edirlər ki, onun saxlanılmasına dekabrın 21-də Youtube servisində yayınlanmış Kanal-13 internet televiziyasına müsahibəsi səbəb ola bilər. O, müsahibədə Azərbaycan prezidentini kəskin tənqidə məruz qoyub.
Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. Sonradan həbs edilib və ağır cinayətlərdə ittiha olunaraq ölüm cəzasına məhkum edilib. Sonradan bu cəza ömürlük həbslə, daha sonra 15 il azadlıqdan məhrumetmə ilə əvəz edilib. 2005-ci ildə o, prezident İlham Əliyev tərəfindən əvf olunub. -03B06-
* * *
2017 Dekabr 26 (Çərşənbə axşamı) 17:38:11
Keçmiş müdafiə nazirinin harada saxlanıldığı barədə məlumat verilmir
Bakı/26.12.17/Turan: Keçmiş müdafiə naziri Rəhim Qazıyev dekabrın 25-də günorta saatlarında Bakıda metronun Nəriman Nərimanov stansiyasının qarşısındakı parkda polis tərəfindən saxlanılıb. Artıq 24 saatdan çox vaxt keçməsinə baxmayaraq, vəkili Qazıyevin harada saxlanıldığını müəyyən edə bilmir.
"Bu gün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə, Nərimanov rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm. Heç bir qurumdan Rəhim Qazıyevin harada saxlanılması barədə məlumat ala bilməmişik. Yalnız polisdən deyiblər ki, bu gün saat 15-də keçmiş nazirin saxlanılması barədə rəsmi məlumat veriləcək. Amma, saat 16.30 olmasına baxmayaraq, onunla bağlı rəsmi məlumat yayılmayıb", deyə vəkil Zübeydə Sadıqova Turan-a bildirib.
Keçmiş nazirin qardaşı Rahab Qazıyevə dünən saat 20 radələrində 17-ci Polis Bölməsindən zəng edilərək, Rəhim Qazıyevin orada saxlanıldığını deyiblər. Eyni zamanda, dünən polis bölməsinin növbətçi hissəsindən Rəhim Qazıyevin orada saxlanıldığını təsdiq ediblər.
"Dünən dedilər səhər saat 10-da polis bölməsində olum. Bu gün saat 10-da polis bölməsindən dedilər ki, Rəhim Qazıyev orada saxlanılmır", deyə Rahab Qazıyev Turan-a bildirib. -03B-
-
- İqtisadiyyat
- 26 Dekabr 2017 16:39
-
- Cəmiyyət
- 26 Dekabr 2017 17:53
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 315
Rəy yaz